21 марта 2010 г.

NOVRUZ BAYRAMINIZ MÜBARƏK! və havaya diqqət

Novruz bayramı ən çox sevdiyim bayramdır. Məncə, bu bayram dünyada ən mükəmməl bayramdır.
Yavaş-yavaş bunu hamı qəbul etməyə başlayır:)
Bu gün dünyada 300 milyon insan Novruzu qeyd edir.
2009-cu ilin sentyabrında UNESCO Novruz bayramını bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil etdi.
Bu il fevralda BMT Baş Assambleyasında 21 mart Beynəlxalq Novruz Günü elan edildi.
Nə isə... Proses gedir...
Novruz Bayramınız mübarək!
Yeni İlimiz hamınız üçün uğurlu olsun!

p.s. he, birdə havaya diqqət edin. Xalqın dediyinə görə, Novruzda il təhvil olandan sonrakı ilk 4 gün ilin 4 fəslinde havanın necə olacağını göstərir, 1-ci gün yazı, 2-yayı, 3-payızı, 4 də qışı. Yani, bu günkü hava bu il yazın necə olacağının əlamətidir. Mən son illərdə yoxlamışam, əsasən düz çıxır.

p.s. 22 mart. dedim axı, proses gedir: məlum oldu ki, Gürcüstanda da Novruz ümummilli bayram elan edilib.

3 комментария:

  1. ISA BEY SIZIN VE SIZIN EQIDE DOSTLARINIZIN BAYRAMI MUBAREK.

    ОтветитьУдалить
  2. Novruz,xalqimizin milli bayramidir.Bu bayram bize dini bayramlar olan Ramazan ve Qurban bayramlari qeder ezizdir.Novruzun girdiyi gun gece ile gunduz beraberleshir, getdikce qaranliq gecelerin omru qisalir,ishiqli gunduzler ise uzanir.
    Isa bey,men sizin ve xalqimizin Novruz bayramini tebrik edirem , size ishiqli,parlaq gunler arzulayiram.
    Ilqar Abdullah.

    ОтветитьУдалить
  3. Isa bey Novruz bayraminiz mubarek.Mene ela gelir azerbaycanlilari bir yera yiga bilecek yegane bayram Novruz bayramidir.Bu bayram hamimizin gelbine yatir.Arzu edirem yeni ilde nezerde tudugunuz hedeflerden hec olmasa bir necasini vura bilesiz.Ugurlar olsun.Zaur Ehmedov.

    ОтветитьУдалить