26 февраля 2010 г.

XOCALI ABİDƏSİNİ ZİYARƏT

XOCALI FACİƏSİ



Video-söhbət 2. İsa Qəmbər Xocalı faciəsi barədə 25 fevral 2010

24 февраля 2010 г.

SALAMLAR!

Hər birinizi salamlayıram, xoş gəldiniz!

Bu gündən bloqumun qapılarını açıram.

Əslində mən bunu daha çox video-bloq kimi düşünürəm, görək necə alınacaq.

Necə deyərlər, ən böyük yol da ilk addımdan başlayır.

16 февраля 2010 г.

12 февраля 2010 г.

SİYASƏTÇİLƏR VƏ PORTRETLƏR

“Xarici xüsusi xidmət orqanlarına işləyənlərin portretlərini çəkdim, bəzi siyasətçilər də öz portretlərini tanıdılar”

“Digərlərindən fərqli olaraq, sədrlikdən gedib partiyanın lideri olmaq iddiasında deyiləm”


Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyasının başqanı İsa Qəmbərin APA-ya müsahibəsi:

- Partiya Məclisinin iclasında parlament seçkilərinə hazırlıqla bağlı çıxış etdiniz və hazırda partiyada namizədlərin müəyyənləşməsi prosesi gedir. Nə qədər namizəd irəli sürmək fikrindəsiniz və neçə yerə iddialısınız?

- Seçkilərə hazırlıqda namizədlərin müəyyənləşməsi işin çox önəmli bir hissəsi olsa da, sadəcə bir hissəsidir. Biz məsələyə kompleks yanaşırıq. Hələ ötən ildən qəbul edilmiş fəaliyyət planımız var və hazırda sadəcə olaraq seçkidə iştirak proqramımızın detallarının dəqiqləşdirilməsi, təkmilləşdirilməsi prosesi gedir. Bu böyük, kompleks bir hədəfdir və bizim burada ilk növbədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ideyalarımız var. Bunlar həm cəmiyyətə çatdırılıb, həm parlamentdə səsləndirilib, həm də konkret qanun layihələri halına salınaraq parlamentə təqdim olunub. Burada ölkədə normal seçki mühiti yaratmaq istiqaməti, azadlıqların, söz və mətbuat, sərbəst toplaşmaq azadlıqlarının bərqərar olunması məsələləri var. Bu istiqamətdə iş gedir və gedəcək. Seçkilərdə partiyamızın iştirakının formaları, müttəfiqlik edəcəyimiz qüvvələrin müəyyənləşdirilməsi işləri gedir. Məclisin iclasında demişdim ki, bizim ideyamız, digər qüvvələrə təklifimiz real müxalifətin əməkdaşlığı və hər bir seçki dairəsində müxalifətin güclü namizədlərinin irəli sürülməsidir. Hesab edirəm ki, güclü namizədlərin irəli sürülməsi ideyası ətrafında real müxalifətin əməkdaşlıq formatının tapılması daha rahat və asandır.

müsahibə ilə maraqlananlar bu linkə daxil ola bilər

1 февраля 2010 г.