24 марта 2010 г.

23 марта 2010 г.

"ƏLİYEVLƏRİN DUBAY MÜLKLƏRİ" MÜSAVATDA DƏYİRMİ MASA


2010-cu il 17 martda Müsavat Pariyasının təşkil etdiyi Dəyirmi Masada bir çox maraqlı çıxış oldu. Bu çıxışları izləmək istəyənlər buyursunlar:

Qubad İbadoğlu,

Əhməd Oruc,

Sülhəddin Əkbər,

Ərəstun Oruclu,

Arif Hacılı.

Davamı olacaq.
Bizimlə qalın:)

DƏYİMİ MASADA MƏNİM ÇIXIŞIM

3 GÜN BAYRAM BƏSDİ

Millət, 3 gün bayram elədik, həvəsdi-bəsdi. Ciddi mövzulara dönək.
17 martda Müsavat qərargahında dəyirmi masa keçirdik. "Əliyevlərin Dubay mülkləri" mövzusunda. Çox maraqlı çıxışlar oldu. O çıxışları youtube'da yerləşdirdik, indi bura da qoyacam ki, maraqlananlar baxa bilsin.
Öz çıxışımdan başlayıram.

21 марта 2010 г.

NOVRUZ BAYRAMINIZ MÜBARƏK! və havaya diqqət

Novruz bayramı ən çox sevdiyim bayramdır. Məncə, bu bayram dünyada ən mükəmməl bayramdır.
Yavaş-yavaş bunu hamı qəbul etməyə başlayır:)
Bu gün dünyada 300 milyon insan Novruzu qeyd edir.
2009-cu ilin sentyabrında UNESCO Novruz bayramını bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil etdi.
Bu il fevralda BMT Baş Assambleyasında 21 mart Beynəlxalq Novruz Günü elan edildi.
Nə isə... Proses gedir...
Novruz Bayramınız mübarək!
Yeni İlimiz hamınız üçün uğurlu olsun!

p.s. he, birdə havaya diqqət edin. Xalqın dediyinə görə, Novruzda il təhvil olandan sonrakı ilk 4 gün ilin 4 fəslinde havanın necə olacağını göstərir, 1-ci gün yazı, 2-yayı, 3-payızı, 4 də qışı. Yani, bu günkü hava bu il yazın necə olacağının əlamətidir. Mən son illərdə yoxlamışam, əsasən düz çıxır.

p.s. 22 mart. dedim axı, proses gedir: məlum oldu ki, Gürcüstanda da Novruz ümummilli bayram elan edilib.

17 марта 2010 г.

M.Ə.Rəsulzadə barədə yeni kitab

Bir neçə gün əvvəl Müsavat Partiyası M.Ə.Rəsulzadənin vəfatının 55-ci ildönümü ilə bağlı tədbir keçirdi. Tədbirdə görkəmli tarixçi Aydın Balayevin M.Ə. Rəsulzadə haqqında yeni kitabı təqdim edildi. Moskvada rus dilində dərc edilmiş bu kitab haqda Arif Hacılı, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, böyük öndərin nəvəsi Rəis Rəsulzadə fikirlərini bildirdilər. Mən də bir az danışdım.
Aşağıdakı videoda kitabın müəllifi Aydın Balayevin çıxışını da görə bilərsiniz.

MÜSAVATDA TƏQDİMAT

14 марта 2010 г.

SALAM


Yaxın günlərdə video-söhbətimiz davam edəcək.
İki problem var:
vaxtın azlığı

mövzunun çoxluğu.

Mən istəyirəm ki, şəxsi müşahidələrim və düşüncələrim haqqında, oxuduğum kitablar, izlədiyim filmlər barədə danışım, sizinlə bölüşüm.

Amma, hakimiyyət imkan vermir axı:) Biz deyirik ki, hakimiyyət bizi təəccübləndirə bilməz. Hakimiyyət isə deyir ki, yox, mən hələ sizləri çox təəccübləndirəcəyəm. Və səylərini davam etdirir, gündə 100 hoqqa çıxarır.

İndi mən hakimiyyətin Dubay görməmişliyini kənara qoyub necə kitabdan, filmdən danışım?

Odur ki, qeyri-adi bir hadisə baş verməsə növbəti söhbətimiz İlham Əliyevin Dubay mülkləri ilə bağlı olacaq.

7 марта 2010 г.

QREXİN GÜNAHI

İSA QƏMBƏR: “AZƏRBAYCANI BU GÜNƏ SALAN ƏSAS AMİL RUSİYA AMİLİDİR

Məsələn, bugünlərdə mən Aslan İsmayılovun Sumqayıt hadisələri barədə bir müsahibəsini oxudum. Aslan bəy Sumqayıt hadisələri ilə bağlı məhkəmədə prokuror olub və bütün materiallarla ilə tanış olmaq imkanı əldə edib. Aslan İsmayılov çox inandırıcı şəkildə, yəni faktlarla, arqumentlərlə sübut edir ki, 1988-ci ilin fevralında baş vermiş Sumqayıt hadisələri hansısa ictimai narazılığın, yaxud milli ədavətin nəticəsi deyildi, o dövrün xüsusi xidmət orqanlarının təşkil etdiyi bir hadisəydi. O izah edir ki, isintaqın da, məhkəmənin də gedişində bu versiyanın qarşısını almağa çalışıblar. Bunu Moskvanın təşkil etdiyi hadisə kimi yox, xuliqanlıq hadisəsi kimi təqdim etməyə rusiyalı müstəntiqlər maraq göstəriblər, amma məhkəməni azərbaycanlılar aparıblar axı! Azərbaycanlı hakimlər də bu hadisənin xüsusi xidmət orqanlarının təşkil etdiyi mütəşəkkil cinayət olduğunun sübutuna mane olublar, bu şəkildə rəsmiləşdirilməsinin qarşısını alıblar.

5 марта 2010 г.

DUBAY, KORRUPSİYA VƏ İLHAM ƏLİYEV

«The Washington Post» qəzetinin 5 mart 2010-cu il nömrəsindəki məqalədə göstərilən faktlarla bağlı Müsavat Partiyasının bəyanatı

Müsavat Partiyasının
b ə y a n a t ı

ABŞ-da çıxan nüfuzlu “Vaşinqton Post” qəzetində Azərbaycandakı korrupsiya ilə bağlı geniş məqalə çap olunub. Məqalədə dövlət başçısı İlham Əliyevin adı ilə bağlı bir sıra ciddi faktlar sadalanır. O cümlədən göstərilir ki, Dubayda 11 yaşlı Heydər Əliyevin adına 44 milyon ABŞ dolları dəyərində əmlak alınıb.
Müsavat Partiyası yazıda sadalanan konkret faktlar barədə ölkə ictimaiyyətinə məlumat verilməsinin zəruriliyini nəzərə alaraq İlham Əliyevdən təcili olaraq bu barədə hərtərəfli açıqlama ilə çıxış etməsini tələb edir.

05 mart 2010-cu il

Mövzu ilə maraqlananlar üçün:
ingilis dilini bilənlər ora,
ingilis dilini bilməyənlər bura
baxsınlar.

p.s. ingilis dilini bilənlər bilməyənlərə öyrətsin:)

2 марта 2010 г.

Elmarın xaincəsinə qətlə yetirilməsinin 5-ci ili tamam olur. O günlərdə yazdığım məqaləni sizinlə bölüşmək istədim


Мы должны что-то сделать.

Иса Гамбар

7 марта 2005 г.


2 марта, накануне весны мы оказались лицом к лицу со страшной трагедией. Убит Эльмар Гусейнов- один из самых талантливых журналистов Азербайджана, отважный борец за достоинство народа, личность, имевший очень большое влияние на общественно-политическую атмосферу в стране.

Каждая его статья, каждый номер его журнала «Монитор» ожидались с нетерпением, обсуждались бурно и превращались в событие в обществе.

Он писал о проблемах Азербайджана, беспощадно анализировал политические, экономические и нравственные явления и процессы в стране, бесстрашно разоблачал криминально-коррупционный режим Алиевых и довольно жестко критиковал оппозицию. Кто-то (как правило, большинство) соглашался с ним, кто-то (обычно, меньшинство) –нет, но редко кто из политического сообщества мог оставаться равнодушным к страстной, яркой, убедительной публицистике Эльмара.

Правящая верхушка ненавидела его. Против него был испробован весь арсенал: запугивание, экономическое давление, судебные процессы, арест, попытка подкупа. Не удалось. И режим решился на террор. Это террор против свободы слова и прессы, это террор против Личности и против Народа.

Говорят, что это убийство не выгодно верхушке. Аргумент внешне справедливый и формально логичный. Но не убеждает. При нынешних реалиях этот аргумент больше похож на ложное и заранее продуманное алиби.

Я убежден, что заказ на это политическое убийство исходит из самых верхов режима. Кто является непосредственным заказчиком этого безумного преступления- N 1?, N 5? или N 10? покажет будущее. Но я верю, что рано или поздно правда станет известной, как становится невозможным скрыть убийц Гонгадзе.

Каждый человек незаменим, тем более незаменимы личности масштаба Эльмара. Но мы можем и должны продолжить эго миссию—миссию борьбы за достоинство азербайджанского народа. Свободный дух Эльмара будет торжествовать не тогда, когда преступники ответят перед законом и он будет отомщен; а тогда, когда наш народ сможет свободно и достойно существовать и решать свои проблемы.

Вечером 2 марта, когда журналисты сообщили мне об убийстве Эльмара, я не мог этому поверить, я был в шоке. Я чувствовал, что потерял очень близкого человека. Второй раз я испытал шок через несколько дней, когда увидел фотографию маленького Аслана, обнимающего и целующего фотопортрет своего отца.

Мы в ответе за Аслана. Мы в ответе за всех детей нашего народа. Мы не имеем права оставить нашим детям Азербайджан в нынешнем состоянии, с оккупированными территориями, криминальным режимом, коррупцией, беспределом, нищетой, многомиллионной эмиграцией.

Надоели лозунги и декларации.
Мы должны что-то сделать.

ANS bizi yada saldı