skip to main |
skip to sidebar
ADNA'da TERROR HADİSƏSİNİN İLDÖNÜMÜ və SAXTA "GÜL BAYRAMI"
ADNA'da TERROR HADİSƏSİNİN İLDÖNÜMÜ və SAXTA "GÜL BAYRAMI"
6-cı video-söhbətin (25 aprel 2010) mətni.
Söhbətin audio variantını burdan dinləyə bilərsiniz.
Ötən il aprelin 30 da Azərbaycan dövlət neft akademiyasinda dəhşətli terror hadisəsi baş verdi.13 nəfər həlak oldu. Aralarında gənclər, tələbələr, ziyalılar, müəllimlər, təsadüfən həmin anda Akademiyada olan şəxslər, günahsız insanlar həlak oldu. Bu dəhşətli bir hadisə idi. Bir neçə gündən sonra bu hadisənin bir ili tamam olacaq. Bu bir ildə nə edilməli idi. Nə edildi, nə edilmədi.
Hər şeydən əvvəl təbii ki, bütövlükdə ölkəmizin, eyni zamanda ali təhsil müəssələrimizin, təhsil ocaqlarının insanların kütləvi toplaşdığı digər ocaqlarda, müəssisələrdə təhlükəsizliyin təmin edilməsi önəmli idi. Təbii, biz bunu qeyd edirik ki, bu bir ildə bu hadisələr təkrarlanmadı. Bu çox yaxşı bir haldı. Ancaq bu, o demək deyil ki, təhlükə aradan qalxıb. Və buna görə də hər an diqqətli olunmalıdı. Dövlət diqqəli olmalıdı, dövlətin sturukurları diqqətli olmalıdı, insanlarımız diqqətli olmalıdı. Çünki istər müxtəlif cinayətkar rejimlər, istərsə də beynəlxalq miqyasda fəaliyyət göstərən terror təşkilatları bu alcaq cinayəti təkrar etmək niyyətinə düşə bilərlər.Və biz bunu nəzərə almalıyıq.
İkinci önəmli məqam bu hadisənin arxasında duran qüvvələrin ifşa edilməsi, cinayətkarların cəzalandırılması məsələsidi. Bu sahədə böyük uğura nail olduğumuzu söyləmək mümkün deyil. Məhkəmə yalnız bir neçə gündür ki, başlayıbdır. Və məhkəmənin ilk iclasları heç də ümüd verici deyil. Çünki cavabdeh simasında, cavab verəcək şəxslər simasında bir neçə şəxs, belə demək mümkündürsə əhəmiyyətsiz iştirakçılar cəlb olunublar.Müxtəlif tikintilərdə inşaatçı işləyən fəhlələr, bir növ təsadüfü adamlar cəlb olunub. Və onlar da iddia edirlər ki, onların ifadələri istintaq mərhələsində zorakı yolla alınıb və tələb edirlər ki, məhkəmə ifadəsi əsas götürülsün.
Burda da sözün doğrusu haqqında danışılası bir məqam var. Normal ölkələrdə qanunlarda birmənalı şəkildə yazılıb ki, məhkəmələrdə verilən ifadə pioritet xarakteri daşıyır. Yəni hər hansı bir şəxs istintaqda və məhkəmədə fərqli ifadələr verirsə məhkəmədə verilən ifadə əsas götürülməlidi. Bu haqqın,ədalətin təmin olunması məqsədi ilə belə edilir. Çünki istintaq mərhələsində müxtəlif təziqlər ola bilir. Təəsüf ki, ölkədəki vəziyyət elə buna rəvac verir. Ancaq məhkəmədə insanlar daha sərbəst şəkildə mövqelərini ifadə edə bilirlər. Və dövlət də, dövlətin məhkəməsi də ciddi faktlar əsasında, təkzib olunmaz sübutlar əsasında bu cinayətdə iştirak edən şəxslərin günahını müəyyənləşdirib cəzasını verməlidir.
Təbii ki, biz bu məhkəməni diqqətlə müşahidə etməkdə davam edəcəyik. Ancaq o da aydındır ki, orda qanun qarşısında cavab verən şəxslər həmin o dəhşətli terror hadisəsini təşkil edən insanlar deyildir. O insanları müəyyənləşdirmək lazımdı, o qüvvələri müəyyənləşdirmək lazımdır. Azərbaycanda xaos yaratmaq, terror abu havası yaratmaq, insanları qorxutmaq istəyən qüvvə hansıdır, hansı dövlətdir, hansı beynəlxalq terror təşkilatıdır. Bu müəyyənləşməlidir. Azərbaycan hakimiyyəti bu istiqamədə ciddi bir addım atmayıb, əksinə belə görünür ki, bu önəmli məqamı pərdələmək fikrindədir,gizlətmək fikrindədir.
Üçüncü önəmli məsələ həlak olanların xatirələrinin əbədiləşdirilməsidir. Bu hadisədə həlak olanların xatirəsinə sayğı göstərməkdir. Bu istiqamətdə təəsüf ki, ötən bir il ancaq mənfi nümunələr verdi. İndi ilin tamamında gənclər, tələbələr həmin gün müəyyən anım, xatirə tədbirləri həyata keçirtmək istəyirlər. Hakimiyyət isə nəinki imkan vermir, əksinə bu tədbirləri keçirtmək istəyənlərə hədə qorxu gəlməklə məşğuldur. Halbuki məncə, dövlət bu tədbirləri boynuna götürməlidir. Dövlət tədbirlər keçirtməlidir. Həlak olanların xatirəsi sayğı ilə anılmalıdır.Bu hadisəyə pirinsipial siyasi, mənəvi qiymətlər verilməlidir.
Mən inanıram ki, gənclərimiz, tələbələrimiz və cəmiyyətimiz 30 apreldə həmin dəhşətli hadisədə həlak olanların xatirəsini sayğı ilə ana biləcək, bu hadisə ictimai diqqət səviyyəsində qeyd olunacaq.
Eyni zamanda proses belə gətirdi ki, tələbələrin və müəllimlərin öldürüldüyü həmin günlə Heydər Əliyevin ad günü münasibəti ilə keçirilən “gül bayramları” deyilən tədbirlər bir birinə bağlandı. Ötən il 2009 cu ildə xoşagəlməz stiuasiya yarandı. Hakimiyyət həlak olanların xatirəsini yad etmək, onlar üçün matəm günləri elan etmək əvəzinə tələm-tələsik gül bayramına hazırlaşmağa başladı.
İndi də həmin proses baş verir. Hakimiyyət yenə də təmtəraqlı gül bayramına hazırlaşır. Xalqın cibindən oğurlanan pulların hesabına milyonlarla dolları, manatı gül alınmasına sərf eləyir.Hollandiyadan, müxtəlif ölkələrdən ən bahalı gül növləri gətirilib. Yəni heç nəyə yaramıyan bir təmtəraq təşkil etmək istəyirlər. Hakimiyyət əgər Heydər Əliyevin ad gününü qeyd eləmək istəyirsə xalqa açıq desin ki, biz Heydər Əliyevin ad gününü qeyd eləmək isəyirik. Daha bunu gül bayramı ilə pərdələməsinlər.
Gül bayramı təbii ki,gözəl tədbir ola bilər. Müxtəlif ölkələrdə gül bayramları keçirilir, gül sərgiləri keçirilir. Ancaq orda bu sərgilərdə, bu bayramlarda milyonlarla pul verib başqa ölkələrdən gül gətirtmirlər. Ölkənin özündə gülü sevən, gülü becərən, gülü yetişdirən insanllar prosesə cəlb olunur ki, siz öz yetişdirdiyiniz gülləri gətirin təqdim eləyin. Onların bir növ yarışını keçirək.Həm bir gözəllik bayramı yaşansın, həm də ki, insanllar həvəsləndirilsin. İnsanlar bu gözəlliyi daha da yaşatmağa cəlb olunsunlar.
Deyiləsi məsələlər var. Ancaq bu hadisəylə bağlı ən önəmlisi odur ki, biz bir daha Azərbaycanımızda belə hadisələrin təkrar olunmasına imkan vermiyək. Gənclərimizi, tələbələrimizi, ziyalılarımızı bu cür dəhşətli terror hadisələrindən qoruyaq. Onların, xüsusən də gənclərimizin yetişməsi üçün, vətənimizə, ölkəmizə lazımlı vətəndaşlar kimi formalaşması üçün lazım olan addımları ataq.
Müsavat partiyası olaraq biz bu istiqamətlərə diqqət yetirəcəyik.
ABŞ - Azərbaycan münasibətlərinə dair məqalə:
ОтветитьУдалить"Alienating Azerbaijan?"
http://www.isn.ethz.ch/isn/Current-Affairs/Security-Watch/Detail/?ots591=4888caa0-b3db-1461-98b9-e20e7b9c13d4&lng=en&id=115438
Məqalədən bir parça:
"Finally, two recent developments - if true - may signal that the Obama administration has come to the conclusion that it is time for relations with Azerbaijan to be repaired. On 13 April, the Turkish newspaper Sabah reported that, according to a Turkish diplomatic source, US Secretary of State Hillary Clinton had called Azerbaijani Foreign Minister Elmar Mammadyarov to discuss a visit by Aliyev to Washington in the near future.
And journalist Steve LeVine reported on his blog on Wednesday that Obama would soon submit Matthew Bryza’s name to the Senate to fill the long-vacant post of US ambassador to Azerbaijan. Bryza, a career diplomat and former US representative to the OSCE Minsk Group, has extensive experience in the region. The White House and US Department of State declined to comment on either report for ISN Security Watch.
"
Elə Brayzanı təyin edəcəkdilərsə, bunu bu qədər niyə uzadırdılar?
Gerek bayram ehval ruhiyesi urekden qelsin ne qeder deselerde ki bayramdir yalandir saxtadir bayram Elcibeyle Memmedemin anadan olan gundur.
ОтветитьУдалить