1 апреля 2010 г.

Tarixi yaddaşı olmayan millət amneziyaya uğramış adam kimidir

Martın 31-də Şəhidlər Xiyabanınında olduq. 1918-ci ilin martlnda bolşevik-erməni qatil dəstələri tərəfindən və 1990-cı ilin yanvarında sovet-kommunist totaltar rejimi tərəfindən qətlə yetirilmiş şəhidlərimizi ziyarət etdik.
Milli Ordumuzun və Qafqaz İslam Ordusunun qəhrəmanlarınna sayğımızı bildirdik.

Tarixi yaddaşımızı bərpa etməli və qorumalıyıq. Tarixi yaddaşı olmayan millət amneziyaya uğramış adam kimidir.

Tariximizi bilməliyik.

Qələbələrimizi və uğurlarımızı.

Amma, arxayınlaşmaq üçün yox,
qələbəyə qadir və layiq olduğumuzu bilmək üçün, uğura aparan yolu xatırlamaq üçün.

Məğlubiyyətlərimizi və itkilərimizi bilməliyik.

Amma, ağlamaq üçün yox.
Mirzə Ələkbər demişkən,
"Ağladıqca kişi qeyrətsiz olur,
Necə ki, ağladı İran, oldu."

Zərbələrin bizə hardan gəldiyini və gələ biləcəyini unutmamaq üçün,
öz səhvlərimizi öyrənmək və təkrar etməmək üçün.

3 комментария:

  1. Этот комментарий был удален автором.

    ОтветитьУдалить
  2. Musavat qezeti Turkiyeden qelen BOZQURDCULARI ishiqlandirib baxin qardashlar o hemin qebirdiki oturub fatihe verilen fotoya baxin qarabaqda efsaneler yaradmish VEZIR ORUCOVDUR men efsane deyirem bir allahin varliqina and olsun bele insanlar az qelir heyata maraqlanin KIMDIR VEZIR ORUCOV xahish edirem bele qehramanlarimizi taniyaq .

    ОтветитьУдалить
  3. VEZIR SURXAY OQLU ORUCOV butun qucu ile milli hokumetin quclenmesi yolunda calishirdi ve bu yolda ohdesine dushen esqeri borcunu yerine yetirirdi ve bu yolda shehid oldu ;ruhuna fatihe allah rehmet elesin.ve olumunden sonra Azerbaycanin milli qehramani adina layiq qoruldu.

    ОтветитьУдалить