Bloq’dakı video-söhbətin
( http://isagambar.blogspot.com/2010/04/abs-azrbaycani-itirir-yoxsa-azrbaycan.html ) yazılı variantı
(21 aprel 2010)
Bir neçə gün bundan əvvəl İlham Əliyev anti Amerika təbliğatına start verdi. Və bir çox dövlət məmurları, hakimiyyətə bağlı partiyaların, quruluşların nümayəndələri yarışa girərək Amerika əleyhinə danışmağa, məntiqsiz bəyanatlar verməyə başladılar. Təbliğatın əsas tezisi ondan ibarətdir ki, ABŞ Qarabağ məsələsində Azərbaycana təyziq göstərir, Azərbaycan hakimiyyəti isə güya qəhrəmancasına bu təyziqin qarşısında dayanıb. Bu heç bir məntiqə sığmayan bir tezisdir.
Əvvala ona görə ki, ABŞ Azərbaycan və Ermənistanı Madrid prinsipləri əsasında razılığa gəlməsini istəyir. Bu tezislər əsasında danışıqların getməsini istəyir. Yeri gəlmişkən, biz Müsavat Partiyası olaraq bildirmişik ki, bu prinsiplər Azərbaycanın maraqlarına ziddir. Çünki, nəticədə hüquqi cəhətdən Qarabağın Azərbaycandan ayrılmasına xidmət edən proyektdir. Amma məsələ burasındadır ki, İlham Əliyev, Azərbaycan hakimiyyəti Madrid prinsiplərinə razı olduqlarını dəfələrlə bildiriblər. Bu yaxınlarda bunu bəyan etdilər. Əgər Amerika bu problemin Madrid prinsipləri əsasında həllini istəyirsə, İlham Əliyev və Azərbaycan hakimiyyəti bu prinsiplərlə danışıq aparılmasını istəyirsə hansı təzyiqdən söhbət gedə bilər?
Digər tərəfdən güya bu yanaşma yalnız Amerikaya aiddir? Güya Rusiya, Fransa və başqa önəmli beynəlxaq qüvvələr, oyunçular bu mövqedən yanaşmırlar Qarabağ məsələsinə? Nəyə görə tənqid yalnız Amerikanın üzərinə yönəlib?
Üçüncü tərəfdən isə biz qətiyyən iddia etmirik ki, ABŞ-ın Qarabağ məsələsinə yanaşması ədalətli bir yanaşmadır. Biz dəfələrlə demişik ki, ABŞ və digər qüvvələr də Ermənistan Azərbaycan münaqişəsində işğalçıyla işğal edilən tərəfə fərq qoymurlar. Hər iki tərəfə eyni tövsiyələri verirlər. Dinc, danışıq yoluyla barıışıq təklif edirlər. Təbii ki, bu ədalətli yanaşma deyil. Biz istərdik ki, beynəlxalq birlik ədalətli bir yanaşma ortaya qoysun. İşğalçı dövlət olan Ermənistanla, torpaqları işğal edilən Azərbaycana fərq qoysunlar. İşğalçıya qarşı təyziq etsinlər, işğalçıdan tələb etsinlər ki, işğal etdikləri torpaqlardan çəkilsinlər. Burada başqa yanaşma ola bilməz. Ancaq məsələ burasındadır ki, ABŞ-ın bu mövqeyi bu gün ortaya çıxmayıb. Faktiki olaraq 20 ilə yaxındır ki, Amerika və digər böyük dövlətlər bu mövqeydən çıxış edirlər. Bəs niyə məhz indi İlham Əliyev və Azərbaycan hakimiyyəti anti Amerika təbliğatı aparmağa başlayıblar?
Bunun səbəbi göz qabağındadır. ABŞ Azərbaycanın ərköyün rejimindən yorulubdur və bu yorulma müxtəlif şəkillərdə təzahür edir. “Washington Post” qəzetində Dubay mülkləriylə bağlı yazı hər kəsin yadındadır. Və görünür Vaşinqtonda nüvə təhlükəsizliyi ilə bağlı çox önəmi tədbirə İlham Əliyevin dəvət edilməməsi, İlham Əliyevin çox möhkəm xətrinə dəyib. Yəni Rusiyanın, Ukraynanın, Qazaxıstanın, Ermənistanın, Gürcüstanın iştirak etdiyi önəmli bir tədbirə İlham Əliyev dəvət olunmayıb. İlham Əliyev bundan narazıdır. Məhz buna görə qəzəblidir, buna görə gedişlər edir.
Və bu cür bəyənatlar da verildi ki, Prezident aparatının nümayəndələri tərəfindən, əgər Amerika Azərbaycana bu cür münasibət göstərəcəksə, Azərbaycan da adekvat addımlar atacaq. Sual verildi ki, adekvat addımlar nədən ibarətdir? Və indi məlum oldu ki, ilk addımlardan biri kimi Azərbaycan tərəfi ABŞ tərəfiylə birgə hərbi təlimlərin keçirilməsindən imtina edib.
Bu kökündən yalnış bir qərardır. Əvvala ona görə ki, bu təlim Amerikaya lazım olduğu qədər, Azərbaycana da lazımdır. Məhz bu cür təlimlərlə Azərbaycan ordusunun səviyyəsini yüksəltmək, peşəkarlığını artırmaq, gücləndirmək, güclü bir orduya çevirmək istiqamətində çalışmaq lazım idi.
Digər tərəfdən məsələyə daha geniş yanaşsaq, bir məqama diqqət yetirmək lazımdır. Bəzi siyasətşünaslar da açıqlama verməyə başlayıblar ki, ABŞ Ukraynanı, Qırğızıstanı itirdi, indi də Azərbaycanı itirmək üzrədir. Bu kökündən yalnış bir yanaşmadır. Əvvala Amerika nə Qırğızıstanı nə də Ukraynanı itirməyibdir və gedən proseslər onu göstərəcək. Azərbaycana gəldikdə isə, biz Amerikanın Azərbaycanı itirməsindən daha çox, Azərbaycanın Amerikanı itirməsindən narahat olmalıyıq.
Sadə bir həqiqət var ki, ABŞ başda olmaqla azad dünya mövcud olmasaydı, Moskva çoxdan Sovet İttifaqını bərpa etmək üçün əməliyyatlara başlayardı. Azərbaycanın müstəqilliyinin qarantı, eyni zamanda beynəlxaq birlikdir, azad dünyadır.
Təbii ki, Azərbaycan müstəqilliyinin əsas banisi, əsas qüvvəsi, əsas qarantı Azərbaycan xalqıdır. Xalqımızın milli iradəsidir. Amma beynəlxaq, xarici faktor kimi azad dünya faktoru mütləq qeyd olunmalıdır. Mütləq bu bilinməlidir ki, azad dünya olmasa, Azərbaycanın və digər postsovet ölkələrinin müstəqilliyini qorumaq çox çətin olardı. Bu adi həqiqəti dərk etmək lazımdır.
ABŞ böyük dövlətdir və böyük dövlətin böyük də maraqları var. Təbii ki, bu maraqlar hər zaman bizim maraqlarla üst- üstə düşmür. Ancaq dövlət olmağın məsuliyyəti odur ki, öz milli maraqlarını müəyyənləşdirib, onu gerçəkləşdirməyə çalışasan. Yəni Azərbaycan tərəfi, Amerikanın Azərbaycanın maraqlarından fərqli yanaşmalarına görə yox, İlham Əliyevə fərqli yanaşmasına görə qəzəblənib.
Fərqli işləmək lazımdır. Başqa cür çalışmaq lazımdır. Azərbaycan çalışmalıdır ki, Amerikanın siyasətinə təsir göstərsin. Amerika öz siyasətində Azərbaycanın haqlı maraqlarını nəzərə alsın. Bu istiqamətdə çalışmaq lazımdır.
Görünür İlham Əliyev rejimi ilə belə bir nəticəyə nail olmaq o qədər də sadə deyil, real deyil, mümkün deyil... Çünki avtoritar, insan haqqlarını total şəkildə pozan bir rejimdir. Korrupsioner bir rejimdir. Beynəlxaq miqyasda gedən proseslərə düşünülmüş, məntiqli reaksiya verməyən rejim təbii ki, Azərbaycanın da maraqlarını ifadə edə bilməz.
Mən hesab edirəm ki, bütövlükdə Azərbaycan xalqı və Azərbaycanın aparıcı siyasi qüvvələri, Azərbaycan cəmiyyəti bu istiqamətdə düşünməlidir və məsələyə məntiqli, realist yanaşma olmalıdır. Biz ölkəmizin taleyi naminə, ölkədə vəziyyəti dəyişmək, ölkəni köklü demokratik dəyişiklər yoluna qədəm qoyması istiqamətində real, ciddi addımlar atmalıyıq. Mən hamını bu barədə düşünməyə və hamını bu istiqamətdə addımlar atmağa çağırıram.
Salam, İsa bəy!
ОтветитьУдалитьHər şeydən əvvəl bağışlayın, qeyd etdiyiniz mövzunu şərh-müzakirə etmədiyim üçün. Bura başqa şey yazmaq istəyirəm, amma inanıram ki bu xeyirli məlumat olacaq.
Siz videolarınızın çoxunu yüksək keyfiyyətdə yerləşdirirsiniz. İnternetdə isə yüksək keyfiyyət bir o qədər zəif sürətlə baxıla biləcək video deməkdir- bu isə külli vaxt və əsəb sərfidir.
Azərbaycanda zəif internet sürəti problemindən hamımızın xəbərimiz var. Odur ki, nəzəriniziə çatdırım ki, sizin 6-7 dəqiqəlik video-müraciətinizə baxmaq üçün 70-80 faiz azərbaycanlı internet istifadəçiləri 1-2 saat videonun yüklənməsinə sərf eləməlidirlər.
Bu isə vaxt və səbr tələb edir ki, bu şücaəti də hər adam göstərə bilmir. Yəni siz potensial auditoriyanızdan məhrum olursunuz.
Bu problemin həlli üçün sizə məsləhət görərdim ki müraciətləriniz təkcə video olaraq yox, həm də səsli formada olsun, yəni "mp3" formatda.
Hörmətlə!
Uğurlar!
Isa bey,bloqunuzdaki chixishinizin yazili variantinin da verilmesi chox yaxshi oldu.Nedense istifadeshiler yazili varianta daha chox ustunluk verirler.Yeqin ki,bu inet istifadechilerinin ashagi suretli internete malik olmalarindan ireli gelir.
ОтветитьУдалитьMovzu barede ise bunu deye bilerem ki, Ilham Aliyev ve onun bashabela komandasinin son zamanlar atdiqlari butun siyasi addimlari dushunulmemish,mentiqsiz ve sehv addimlardir.
Onlar isterika icherisinde telem-telesik gedishler edir ve her novbeti gedishde beynelxalq alemi,Azerbaycan ictimayyetini teecublendirir ,ozlerini gulunc veziyyete salirlar.Men deyerdim ki,siyasi proseslerin bu cur inkishafi bashabela hakimiyyetin sonunun bashlangicina getirib chixartmishdir.
Ilqar Abdullah
Isa bey
ОтветитьУдалитьDogrudanmi siz Turkiye-Ermenistan serhedleri achilmasinin Azerbaycan uchun hansi fesadlar toredeceyini basha dushmursunuz, yoxsa muxalif movqe gostermek xatirine bu cur dushunursunuz?
2009-cu ilin aprelində demişəm ki, bu sərhədlərin açılması real deyil, çünki Ermənistan buna hazır deyil və Rusiya bunu istəmir.
ОтветитьУдалить1 il keçib, dəyişən bir şey yoxdur, yani yaxın perspektivdə sərhəddin açılması mümkün deyil. .
İcazə verin sualımı bir az daha aydınlaşdırım - Azərbaycan hökuməti bəyan edir ki, ABŞ-ın Ermənistan Türkiyə sərhədlərinin açılmasına yönəltdiyi səyləri Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərir. Və bu doğrudan da belədir, çünki ABŞ-ın Türkiyə Ermənistan barışığı yolunda göstərdiyi canfəşanlıq göz qabağındadır. Məhz bu mövqe ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirir və Azərbaycanın haqlı narazılığına səbəb olub. Siz isə öz yazınızda Azərbaycan hökumətini ABŞ-la münasibətləri korlamaqda suçlayırsınız. Mənim isə bilmək istədiyim budur ki, nəyə görə çox aydın və sadə görünən bir məsələni, yəni Azərbaycanın ABŞ-a mənfi münasibətini siz başqa istiqamətə yönləndirməyə çalışırsınız? Cavabınız üçün əvvəlcədən təşəkkür edirəm
ОтветитьУдалитьmən fikrimi aydın şəkildə izah etməyə çalışmışam:
ОтветитьУдалитьABŞ-ın Qarabağ məsələsinə münasibəti 20 ilə yaxındır ki, bəllidir. ABŞ-ın Türkiyə-Ermənistan sərhəddinin açılmasıni çox istəməsi də 2 ildir ki, aydın şəkildə ortadadır.
Əliyev rejimi isə yalnız "Washington Post"da Dubay mülkləri barədə məqalədən və İlham Əliyev Washingtona dəvət edilməyəndən sonra ABŞ-a qarşı hücuma keçirsə, demək narahatlıq Azərbaycanın deyil, rejimin maraqları ilə bağlıdır.
İsa bəy
ОтветитьУдалитьHələ prezidentliyə namizəd olarkən Barak Obama ABŞ-dakı erməni icmasına söz vermişdi ki, prezident seçildikdən sonra "Ermənistanın Azərbaycan və Türkiyə tərəfindən blokadasına son qoyacaq" (müraciət bu ünvandadır: http://www.anca.org/press_releases/press_releases.php?prid=1365) Bundan başqa, şəxsən mənim çox yaxşı yadımdadır ki, 2005-ci ilin Avqustunda senator Barak Obama Azərbaycana səfəri zamanı uydurma erməni "soyqırımını" tanıdığını demişdi. Buna bənzər digər faktlarla yuxarıda göstərdiyim ünvanda daha ətraflı tanış ola bilərsiniz.
Demək istədiyim odur ki, ABŞ-Azərbaycan münasibətlərində gərginlik məhz Obamanın hakimiyyətə gəlməsindən sonrakı dövrə təsadüf edir və Obamanın Azərbaycana mənfi münasibətimi əvvəldən hiss edən hər bir şəxs hadisələrin bu cür cərəyan etməsini asanlıqla proqnoz verə bilərdi.
Əlbəttə ki, Vaşinqton Postdakı məqalədə, İlham Əliyevin Vaşinqtona dəvət edilməməsi də bu cür münasibətin tərkib hissəsidir və deyərdim ki, ölkəmizlə ABŞ arasındakı gərginlik də məhz Obamanın yarıtmaz xarici siyasəti, ermənilərə qarşı şəxsi məhəbbətindən irəli gəlir. Bütün bunlar ermənilərə heç şübhəsiz ki, sevindirir və qanadlandırır.
Siz isə, İsa bəy, şəxsən mənim heç gözləmədiyim anda, fürsətdən istifadə edib ABŞ-Azərbaycan problemleminin yaranmasında ölkəmizi tənqid etməklə məşğul olursunuz. Düşünürəm ki, mövcud olan digər aktual problemlərdən söhbət açsaydınız daha doğru olardı.
Butun hakimiyyetler geldi-gederdi,olke ise ebedi qalacaq.Tenqid edilen olke yox,bu olkeni oz savadsiz ve mentiqsiz siyasetleri ile dalana diremish hakimiyyetdir.Olke ile hakimiyyet arasinda ferqi gormemek,bu artiq bashqa problemdir:))))))))))
ОтветитьУдалитьIlqar Abdullah
Beli,hegigetende movzu movcut dovurde global movzu hesab olunmalidir.Ve eyni zamanda movzunun genish hserhe ehtiyaci var.Digget yetirsek ki,AB$ Azerbaycandaki demokratik prosesleri digget merkezinde saxlamagdadir ve Azerbaycani strateji terefdar kimi itirmek istemez.Evvel strateji terefdar meselesi uzerinde bir an dayanag.Dunyadaki hegemon dovletlerin bir basha ve ya dolayi yolla nezareti altinda olan kicik dovletlerin sosial-ugtisadi inkishaf seviyyesi ve eyni zamanda hemin dovletlerle hegemon dovletler arasinda munasibet halina digget yetirsek gorerik ki,Azerbaycan gerbin ve ya AB$-in elinde yalniz regionda nezareti saxlamag ucun lazim olan bir cografi region kimi giymetlendirile biler.Yani Azerbaycanda daxili siyasi veziyyetin demokratik prinsiplerden uzag olmasi adi cekilen dovletlerin ciddi marag dairesinde olmaya biler.Bir bunu xatirlatmag kifayetdirki,serfeli neft kontraktlari shertlerine gore ingiltere hakimiyyeti mehs H.Eliyeva hakimiyyet cevrilishinde British petrelumun eli ile destek verdi.Hansiki,onlar yaxshi bilirdilerki,H.Eliyev hec vaxt demokratik cemiyyetin idarecisi ola bilmez.Elbetdeki,gonsu Rusiyaninda bu veziyyetde celd terpenmeyi Azerbaycanda tam diktatura hakimiyyetinin bergerar olmasina getirib cixardi.Bu gunlerde movcut diktatura hakimiyyetinden gizli bir planin hazirlanmasi belli olub.Yeni Ilham Eliyev ve onun etrafi gerara gelibler ki,hakimiyyet muddetini uzatmag ucun garshidan gelen parlament seckilerini texire salib Garabag meselesi uzerinde ciddi dayanib cemiyyetde gehreman obrazi yaratsinlar.Bu planin hele bir il evvelden hazirlanmasina inanmag olar.Konstitusiyada istedikleri vaxt deyishiklik eda bileceklerini bildiklerine gore movcut cinayetkar hakimiyyet komandasi bu addimi hal hazirda en alternativ addim kimi giymetlendirirler.Konkret olarag onu deyak ki,Azerbaycan muxalifeti eger gisa bir vaxtda ortag mexrece gelib ciddi bir addim ata bilmese olke adini cekdiyim hegamon dovletler ucun ancag poligon rolunu oynayacag.Bu da olkemiz ucun boyuk biabircilig olacag.Elbetdeki movcut cinayetkar hakimiyyet komandasi Azerbaycanin dovletcilik imici barede hec vaxt dushunmeyibler ve bu onlarin hec marag dairesine aid deyil.Buna gorede bu cur sheraitde Azerbaycan AB$-i itirmek tehlukesi ile garshilasha biler.Zaur Ehmedov.
ОтветитьУдалитьmaraqli mülahizələrə görə her birinizə təşəkkür edirəm.
ОтветитьУдалить1. Biz başqa dövlətlərin, hətta böyük dövlətlərin liderlərinin siyasətinə təsir göstərməyə çalışmalıyıq, amma, unutmayaq ki, ilk növbədə öz dövlətimizin başında duran şəxslərdən məsuliyyətli davranmağı (korrupsiya və rüşvətə, monopoliyalara, insan haqlarını tapdamağa son qoysunlar) tələb etməliyik
2. Milli maraqlar şəxsi (rejim) maraqlarından üstün tutulmalıdır.
ABS hec kimi itirmir biz millet olaraq bu esaretle barishiriqsa Amerika ne etmelidir Azerbaycan hakimiyeti ne qeder Rusiyaya meyl etse xeyriyoxdur Amerikaya lazim olanda huzuruna qetirecek hakimiyeti indiki hadiselerse ferqlidir Demokratiyanin dircelmesine bir siqnaldir Amerika terefinden yeni bu hakimiyet sanki shirin fetir rolunu oynayir oynamalidirda kusmelidirde gileylenmelidirde cunki qerbin istediyi neft faizine bu hakimiyet qol cekdi indide deyirki biz size nefti verdik imkan verin ne bilirik onu edek ancaq hadiseler cox murekkebdir Turkiyede bir bash BAKAN var onunda sifarishi ile ola biler azerbaycana tezyiqler Men hakimiyetin terefini saxlamiram onsuzda bu hakimiyet milletin 100 ilini qeri atiblar muxalifet bu qedishlerden istifade edib cemiyetin fealliqina muxalifetin saqlam quvvelerinin birliyine ve secki komisyalarinin deyishilmesine nail olub hakimiyet deyishikliyine demokratiyanin qelebesine nail olmalidir.BASHQANA UQURLAR.
ОтветитьУдалить