25 апреля 2010 г.

ADNA'da TERROR HADİSƏSİNİN İLDÖNÜMÜ və SAXTA "GÜL BAYRAMI"


ADNA'da TERROR HADİSƏSİNİN İLDÖNÜMÜ və SAXTA "GÜL BAYRAMI"

6-cı video-söhbətin (25 aprel 2010) mətni.

Söhbətin audio variantını burdan dinləyə bilərsiniz.

Ötən il aprelin 30 da Azərbaycan dövlət neft akademiyasinda dəhşətli terror hadisəsi baş verdi.13 nəfər həlak oldu. Aralarında gənclər, tələbələr, ziyalılar, müəllimlər, təsadüfən həmin anda Akademiyada olan şəxslər, günahsız insanlar həlak oldu. Bu dəhşətli bir hadisə idi. Bir neçə gündən sonra bu hadisənin bir ili tamam olacaq. Bu bir ildə nə edilməli idi. Nə edildi, nə edilmədi.

Hər şeydən əvvəl təbii ki, bütövlükdə ölkəmizin, eyni zamanda ali təhsil müəssələrimizin, təhsil ocaqlarının insanların kütləvi toplaşdığı digər ocaqlarda, müəssisələrdə təhlükəsizliyin təmin edilməsi önəmli idi. Təbii, biz bunu qeyd edirik ki, bu bir ildə bu hadisələr təkrarlanmadı. Bu çox yaxşı bir haldı. Ancaq bu, o demək deyil ki, təhlükə aradan qalxıb. Və buna görə də hər an diqqətli olunmalıdı. Dövlət diqqəli olmalıdı, dövlətin sturukurları diqqətli olmalıdı, insanlarımız diqqətli olmalıdı. Çünki istər müxtəlif cinayətkar rejimlər, istərsə də beynəlxalq miqyasda fəaliyyət göstərən terror təşkilatları bu alcaq cinayəti təkrar etmək niyyətinə düşə bilərlər.Və biz bunu nəzərə almalıyıq.

İkinci önəmli məqam bu hadisənin arxasında duran qüvvələrin ifşa edilməsi, cinayətkarların cəzalandırılması məsələsidi. Bu sahədə böyük uğura nail olduğumuzu söyləmək mümkün deyil. Məhkəmə yalnız bir neçə gündür ki, başlayıbdır. Və məhkəmənin ilk iclasları heç də ümüd verici deyil. Çünki cavabdeh simasında, cavab verəcək şəxslər simasında bir neçə şəxs, belə demək mümkündürsə əhəmiyyətsiz iştirakçılar cəlb olunublar.Müxtəlif tikintilərdə inşaatçı işləyən fəhlələr, bir növ təsadüfü adamlar cəlb olunub. Və onlar da iddia edirlər ki, onların ifadələri istintaq mərhələsində zorakı yolla alınıb və tələb edirlər ki, məhkəmə ifadəsi əsas götürülsün.

Burda da sözün doğrusu haqqında danışılası bir məqam var. Normal ölkələrdə qanunlarda birmənalı şəkildə yazılıb ki, məhkəmələrdə verilən ifadə pioritet xarakteri daşıyır. Yəni hər hansı bir şəxs istintaqda və məhkəmədə fərqli ifadələr verirsə məhkəmədə verilən ifadə əsas götürülməlidi. Bu haqqın,ədalətin təmin olunması məqsədi ilə belə edilir. Çünki istintaq mərhələsində müxtəlif təziqlər ola bilir. Təəsüf ki, ölkədəki vəziyyət elə buna rəvac verir. Ancaq məhkəmədə insanlar daha sərbəst şəkildə mövqelərini ifadə edə bilirlər. Və dövlət də, dövlətin məhkəməsi də ciddi faktlar əsasında, təkzib olunmaz sübutlar əsasında bu cinayətdə iştirak edən şəxslərin günahını müəyyənləşdirib cəzasını verməlidir.

Təbii ki, biz bu məhkəməni diqqətlə müşahidə etməkdə davam edəcəyik. Ancaq o da aydındır ki, orda qanun qarşısında cavab verən şəxslər həmin o dəhşətli terror hadisəsini təşkil edən insanlar deyildir. O insanları müəyyənləşdirmək lazımdı, o qüvvələri müəyyənləşdirmək lazımdır. Azərbaycanda xaos yaratmaq, terror abu havası yaratmaq, insanları qorxutmaq istəyən qüvvə hansıdır, hansı dövlətdir, hansı beynəlxalq terror təşkilatıdır. Bu müəyyənləşməlidir. Azərbaycan hakimiyyəti bu istiqamədə ciddi bir addım atmayıb, əksinə belə görünür ki, bu önəmli məqamı pərdələmək fikrindədir,gizlətmək fikrindədir.

Üçüncü önəmli məsələ həlak olanların xatirələrinin əbədiləşdirilməsidir. Bu hadisədə həlak olanların xatirəsinə sayğı göstərməkdir. Bu istiqamətdə təəsüf ki, ötən bir il ancaq mənfi nümunələr verdi. İndi ilin tamamında gənclər, tələbələr həmin gün müəyyən anım, xatirə tədbirləri həyata keçirtmək istəyirlər. Hakimiyyət isə nəinki imkan vermir, əksinə bu tədbirləri keçirtmək istəyənlərə hədə qorxu gəlməklə məşğuldur. Halbuki məncə, dövlət bu tədbirləri boynuna götürməlidir. Dövlət tədbirlər keçirtməlidir. Həlak olanların xatirəsi sayğı ilə anılmalıdır.Bu hadisəyə pirinsipial siyasi, mənəvi qiymətlər verilməlidir.

Mən inanıram ki, gənclərimiz, tələbələrimiz və cəmiyyətimiz 30 apreldə həmin dəhşətli hadisədə həlak olanların xatirəsini sayğı ilə ana biləcək, bu hadisə ictimai diqqət səviyyəsində qeyd olunacaq.

Eyni zamanda proses belə gətirdi ki, tələbələrin və müəllimlərin öldürüldüyü həmin günlə Heydər Əliyevin ad günü münasibəti ilə keçirilən “gül bayramları” deyilən tədbirlər bir birinə bağlandı. Ötən il 2009 cu ildə xoşagəlməz stiuasiya yarandı. Hakimiyyət həlak olanların xatirəsini yad etmək, onlar üçün matəm günləri elan etmək əvəzinə tələm-tələsik gül bayramına hazırlaşmağa başladı.

İndi də həmin proses baş verir. Hakimiyyət yenə də təmtəraqlı gül bayramına hazırlaşır. Xalqın cibindən oğurlanan pulların hesabına milyonlarla dolları, manatı gül alınmasına sərf eləyir.Hollandiyadan, müxtəlif ölkələrdən ən bahalı gül növləri gətirilib. Yəni heç nəyə yaramıyan bir təmtəraq təşkil etmək istəyirlər. Hakimiyyət əgər Heydər Əliyevin ad gününü qeyd eləmək istəyirsə xalqa açıq desin ki, biz Heydər Əliyevin ad gününü qeyd eləmək isəyirik. Daha bunu gül bayramı ilə pərdələməsinlər.

Gül bayramı təbii ki,gözəl tədbir ola bilər. Müxtəlif ölkələrdə gül bayramları keçirilir, gül sərgiləri keçirilir. Ancaq orda bu sərgilərdə, bu bayramlarda milyonlarla pul verib başqa ölkələrdən gül gətirtmirlər. Ölkənin özündə gülü sevən, gülü becərən, gülü yetişdirən insanllar prosesə cəlb olunur ki, siz öz yetişdirdiyiniz gülləri gətirin təqdim eləyin. Onların bir növ yarışını keçirək.Həm bir gözəllik bayramı yaşansın, həm də ki, insanllar həvəsləndirilsin. İnsanlar bu gözəlliyi daha da yaşatmağa cəlb olunsunlar.

Deyiləsi məsələlər var. Ancaq bu hadisəylə bağlı ən önəmlisi odur ki, biz bir daha Azərbaycanımızda belə hadisələrin təkrar olunmasına imkan vermiyək. Gənclərimizi, tələbələrimizi, ziyalılarımızı bu cür dəhşətli terror hadisələrindən qoruyaq. Onların, xüsusən də gənclərimizin yetişməsi üçün, vətənimizə, ölkəmizə lazımlı vətəndaşlar kimi formalaşması üçün lazım olan addımları ataq.

Müsavat partiyası olaraq biz bu istiqamətlərə diqqət yetirəcəyik.

ADNA'da TERROR HADİSƏSİNİN İLDÖNÜMÜ və SAXTA "GÜL BAYRAMI"

24 апреля 2010 г.

MÜSAVATIN PİKETİ və AZAD TOPLAŞMA HÜQUQU

Bir həftədən çoxdu "AZADLIQ" radiosunun saytında ən çox dinlənən bu söhbətdi:

İşdən sonra - İsa Qəmbər və Asim Mollazadə sərbəst toplaşmaq hüququ haqqında

Görəsən niyə? :)

22 апреля 2010 г.

AZƏRBAYCAN-ABŞ MÜNSAİBƏTLƏRİ

Bloq’dakı video-söhbətin
( http://isagambar.blogspot.com/2010/04/abs-azrbaycani-itirir-yoxsa-azrbaycan.html
) yazılı variantı
(21 aprel 2010)




Bir neçə gün bundan əvvəl İlham Əliyev anti Amerika təbliğatına start verdi. Və bir çox dövlət məmurları, hakimiyyətə bağlı partiyaların, quruluşların nümayəndələri yarışa girərək Amerika əleyhinə danışmağa, məntiqsiz bəyanatlar verməyə başladılar. Təbliğatın əsas tezisi ondan ibarətdir ki, ABŞ Qarabağ məsələsində Azərbaycana təyziq göstərir, Azərbaycan hakimiyyəti isə güya qəhrəmancasına bu təyziqin qarşısında dayanıb. Bu heç bir məntiqə sığmayan bir tezisdir.


Əvvala ona görə ki, ABŞ Azərbaycan və Ermənistanı Madrid prinsipləri əsasında razılığa gəlməsini istəyir. Bu tezislər əsasında danışıqların getməsini istəyir. Yeri gəlmişkən, biz Müsavat Partiyası olaraq bildirmişik ki, bu prinsiplər Azərbaycanın maraqlarına ziddir. Çünki, nəticədə hüquqi cəhətdən Qarabağın Azərbaycandan ayrılmasına xidmət edən proyektdir. Amma məsələ burasındadır ki, İlham Əliyev, Azərbaycan hakimiyyəti Madrid prinsiplərinə razı olduqlarını dəfələrlə bildiriblər. Bu yaxınlarda bunu bəyan etdilər. Əgər Amerika bu problemin Madrid prinsipləri əsasında həllini istəyirsə, İlham Əliyev və Azərbaycan hakimiyyəti bu prinsiplərlə danışıq aparılmasını istəyirsə hansı təzyiqdən söhbət gedə bilər?

Digər tərəfdən güya bu yanaşma yalnız Amerikaya aiddir? Güya Rusiya, Fransa və başqa önəmli beynəlxaq qüvvələr, oyunçular bu mövqedən yanaşmırlar Qarabağ məsələsinə? Nəyə görə tənqid yalnız Amerikanın üzərinə yönəlib?

Üçüncü tərəfdən isə biz qətiyyən iddia etmirik ki, ABŞ-ın Qarabağ məsələsinə yanaşması ədalətli bir yanaşmadır. Biz dəfələrlə demişik ki, ABŞ və digər qüvvələr də Ermənistan Azərbaycan münaqişəsində işğalçıyla işğal edilən tərəfə fərq qoymurlar. Hər iki tərəfə eyni tövsiyələri verirlər. Dinc, danışıq yoluyla barıışıq təklif edirlər. Təbii ki, bu ədalətli yanaşma deyil. Biz istərdik ki, beynəlxalq birlik ədalətli bir yanaşma ortaya qoysun. İşğalçı dövlət olan Ermənistanla, torpaqları işğal edilən Azərbaycana fərq qoysunlar. İşğalçıya qarşı təyziq etsinlər, işğalçıdan tələb etsinlər ki, işğal etdikləri torpaqlardan çəkilsinlər. Burada başqa yanaşma ola bilməz. Ancaq məsələ burasındadır ki, ABŞ-ın bu mövqeyi bu gün ortaya çıxmayıb. Faktiki olaraq 20 ilə yaxındır ki, Amerika və digər böyük dövlətlər bu mövqeydən çıxış edirlər. Bəs niyə məhz indi İlham Əliyev və Azərbaycan hakimiyyəti anti Amerika təbliğatı aparmağa başlayıblar?

Bunun səbəbi göz qabağındadır. ABŞ Azərbaycanın ərköyün rejimindən yorulubdur və bu yorulma müxtəlif şəkillərdə təzahür edir. “Washington Post” qəzetində Dubay mülkləriylə bağlı yazı hər kəsin yadındadır. Və görünür Vaşinqtonda nüvə təhlükəsizliyi ilə bağlı çox önəmi tədbirə İlham Əliyevin dəvət edilməməsi, İlham Əliyevin çox möhkəm xətrinə dəyib. Yəni Rusiyanın, Ukraynanın, Qazaxıstanın, Ermənistanın, Gürcüstanın iştirak etdiyi önəmli bir tədbirə İlham Əliyev dəvət olunmayıb. İlham Əliyev bundan narazıdır. Məhz buna görə qəzəblidir, buna görə gedişlər edir.

Və bu cür bəyənatlar da verildi ki, Prezident aparatının nümayəndələri tərəfindən, əgər Amerika Azərbaycana bu cür münasibət göstərəcəksə, Azərbaycan da adekvat addımlar atacaq. Sual verildi ki, adekvat addımlar nədən ibarətdir? Və indi məlum oldu ki, ilk addımlardan biri kimi Azərbaycan tərəfi ABŞ tərəfiylə birgə hərbi təlimlərin keçirilməsindən imtina edib.

Bu kökündən yalnış bir qərardır. Əvvala ona görə ki, bu təlim Amerikaya lazım olduğu qədər, Azərbaycana da lazımdır. Məhz bu cür təlimlərlə Azərbaycan ordusunun səviyyəsini yüksəltmək, peşəkarlığını artırmaq, gücləndirmək, güclü bir orduya çevirmək istiqamətində çalışmaq lazım idi.

Digər tərəfdən məsələyə daha geniş yanaşsaq, bir məqama diqqət yetirmək lazımdır. Bəzi siyasətşünaslar da açıqlama verməyə başlayıblar ki, ABŞ Ukraynanı, Qırğızıstanı itirdi, indi də Azərbaycanı itirmək üzrədir. Bu kökündən yalnış bir yanaşmadır. Əvvala Amerika nə Qırğızıstanı nə də Ukraynanı itirməyibdir və gedən proseslər onu göstərəcək. Azərbaycana gəldikdə isə, biz Amerikanın Azərbaycanı itirməsindən daha çox, Azərbaycanın Amerikanı itirməsindən narahat olmalıyıq.

Sadə bir həqiqət var ki, ABŞ başda olmaqla azad dünya mövcud olmasaydı, Moskva çoxdan Sovet İttifaqını bərpa etmək üçün əməliyyatlara başlayardı. Azərbaycanın müstəqilliyinin qarantı, eyni zamanda beynəlxaq birlikdir, azad dünyadır.

Təbii ki, Azərbaycan müstəqilliyinin əsas banisi, əsas qüvvəsi, əsas qarantı Azərbaycan xalqıdır. Xalqımızın milli iradəsidir. Amma beynəlxaq, xarici faktor kimi azad dünya faktoru mütləq qeyd olunmalıdır. Mütləq bu bilinməlidir ki, azad dünya olmasa, Azərbaycanın və digər postsovet ölkələrinin müstəqilliyini qorumaq çox çətin olardı. Bu adi həqiqəti dərk etmək lazımdır.

ABŞ böyük dövlətdir və böyük dövlətin böyük də maraqları var. Təbii ki, bu maraqlar hər zaman bizim maraqlarla üst- üstə düşmür. Ancaq dövlət olmağın məsuliyyəti odur ki, öz milli maraqlarını müəyyənləşdirib, onu gerçəkləşdirməyə çalışasan. Yəni Azərbaycan tərəfi, Amerikanın Azərbaycanın maraqlarından fərqli yanaşmalarına görə yox, İlham Əliyevə fərqli yanaşmasına görə qəzəblənib.

Fərqli işləmək lazımdır. Başqa cür çalışmaq lazımdır. Azərbaycan çalışmalıdır ki, Amerikanın siyasətinə təsir göstərsin. Amerika öz siyasətində Azərbaycanın haqlı maraqlarını nəzərə alsın. Bu istiqamətdə çalışmaq lazımdır.

Görünür İlham Əliyev rejimi ilə belə bir nəticəyə nail olmaq o qədər də sadə deyil, real deyil, mümkün deyil... Çünki avtoritar, insan haqqlarını total şəkildə pozan bir rejimdir. Korrupsioner bir rejimdir. Beynəlxaq miqyasda gedən proseslərə düşünülmüş, məntiqli reaksiya verməyən rejim təbii ki, Azərbaycanın da maraqlarını ifadə edə bilməz.

Mən hesab edirəm ki, bütövlükdə Azərbaycan xalqı və Azərbaycanın aparıcı siyasi qüvvələri, Azərbaycan cəmiyyəti bu istiqamətdə düşünməlidir və məsələyə məntiqli, realist yanaşma olmalıdır. Biz ölkəmizin taleyi naminə, ölkədə vəziyyəti dəyişmək, ölkəni köklü demokratik dəyişiklər yoluna qədəm qoyması istiqamətində real, ciddi addımlar atmalıyıq. Mən hamını bu barədə düşünməyə və hamını bu istiqamətdə addımlar atmağa çağırıram.

16 апреля 2010 г.

MÜSAVATIN 14 APREL PİKETİNDƏN FOTOLAR


14 apreldə Müsavatın piketindən REUTERS fotomüxbirinin çəkdiyi bu foto bir sıra xarici qəzetlərdə, o cümlədən İngiltərənin GUARDİAN qəzetində yer alıb:

Baku, Azerbaijan: A plainclothes policeman detains an opposition
activist demanding free speech
Photograph: David Mdzinarishvili/Reuters




MEDİAFORUM'dan fotolar














digər fotolar

KATIN'DAN KATIN'A, 1940-2010

1 апреля 2010 г.

MÜSAVAT RƏHBƏRLİYİ ŞƏHİDLƏR XİYABANINDA

Tarixi yaddaşı olmayan millət amneziyaya uğramış adam kimidir

Martın 31-də Şəhidlər Xiyabanınında olduq. 1918-ci ilin martlnda bolşevik-erməni qatil dəstələri tərəfindən və 1990-cı ilin yanvarında sovet-kommunist totaltar rejimi tərəfindən qətlə yetirilmiş şəhidlərimizi ziyarət etdik.
Milli Ordumuzun və Qafqaz İslam Ordusunun qəhrəmanlarınna sayğımızı bildirdik.

Tarixi yaddaşımızı bərpa etməli və qorumalıyıq. Tarixi yaddaşı olmayan millət amneziyaya uğramış adam kimidir.

Tariximizi bilməliyik.

Qələbələrimizi və uğurlarımızı.

Amma, arxayınlaşmaq üçün yox,
qələbəyə qadir və layiq olduğumuzu bilmək üçün, uğura aparan yolu xatırlamaq üçün.

Məğlubiyyətlərimizi və itkilərimizi bilməliyik.

Amma, ağlamaq üçün yox.
Mirzə Ələkbər demişkən,
"Ağladıqca kişi qeyrətsiz olur,
Necə ki, ağladı İran, oldu."

Zərbələrin bizə hardan gəldiyini və gələ biləcəyini unutmamaq üçün,
öz səhvlərimizi öyrənmək və təkrar etməmək üçün.