25 мая 2010 г.

PSEVDOMÜXALİFƏT ÇÖRƏYİ YEYƏN SİYASƏTÇİLƏR və XALQIN SƏRVƏTİNİ PSEVDOMÜXALİFƏTƏ XƏRCLƏYƏN HAKİMİYYƏT

Azərbaycan siyasi arenasında, müxalifət düşərgəsində böyük bir skandal baş verib, ancaq bu sahədə ən kiçik fikir ayrılığını şişirdən, həftələrlə manşetlərdən düşürməyən media strukturları-ilk növbədə iqtidarın nəzarətində olan mediadan söhbət gedir, nədənsə indi susurlar.

Nə baş verib? Hakimiyyətin himayəsində olan AVCİYA adlı  bir qeyri-hökumət təşkilatı (?!)-qərbdə belələrini NGO deyil, GONGO (hökumətin nəzarətində olan QHT) adlandırırlar, aprel ayında bir beynəlxalq konfrans keçirib. Özünü müxalifət partiyası adlandıran VİP-in sədri bu konfransda həm də AZADLIQ blokunun təmsilçisi kimi təqdim edilib və çıxış edib. Bu çıxış normal bir müxalifətçi çıxışı kimi qiymətləndirilə bilər.

Amma, konfransın materialları toplanmış kitabça 18 mayda paylananda diqqətli oxucular, o cümlədən mən çox təəccübləndik. Çünki, VİP sədrinin konfrans çıxışı kimi təqdim edilən mətn əslində psevdomüxalifətdən hakimiyyətə göndərilən arayışdan başqa bir şey deyildi. Yəni müəllif hakimiyyətə izah edirdi ki, real müxalifəti (ad çəkilməsə də aydın görünür ki, söhbət Müsavat və AXCP-dən gedir) sıradan çıxarmaq üçün və inandırıcı psevdomüxalifət yaratmaq (AZADLIQ blokunun digər iki partiyasının timsalında) üçün nə etmək lazımdır.

İndi VİP sədri iddia edir ki, bu bir təxribatdır və bu mətnin ona və partiyasına heç bir aidiyyəti yoxdur. Ancaq, AVCİYA-nın sədri deyir ki, “Bu yazı mənə Vətəndaş və Inkişaf Partiyasından göndərilib. Mən onu göndərən şəxsin adını, elektron ünvanını Əli Əliyevə təqdim etmişəm”. Bu sözləri “Azadlıq”a açıqlamasında AVCIYA-nın təmsilçisi Məhərrəm Zülfüqarlı Vətəndaş və Inkişaf Partiyasının (VIP) sədri Əli Əliyevin çıxışı ilə bağlı yaranan anlaşılmazlığa aydınlıq gətirərkən bildirib.Lakin Məhərrəm Zülfüqarlı həmin şəxsin adını açıqlamaqdan imtina edib: “Mən Əli bəylə görüşmüşəm və ona bütün olanları demişəm. Əli bəy də bu məsələ ilə bağlı araşdırma aparır. Onun araşdırma apardığı bir vaxtda mənim həmin şəxsin adını açıqlamağım qeyri-etik olardı. Araşdırmalar yekunlaşandan sonra isə bütün məsələlər açıqlanacaq”.
AVCIYA-nın təmsilçisi onu da əlavə edib ki, ona göndərilən mətni hələ də elektron ünvanında saxlayır: “Araşdırmalar yekunlaşandan sonra gəlib baxa bilərsiniz”.


Yenə də qeyd edim ki, bu qalmaqallı məsələyə bir - iki  yazı "Yeni Müsavat"da, bir - iki yazı "Azadlıq"da, bir yazı da "Bizim yol"da  həsr edilib. Qalan media, xüsusən hakimiyyətin nəzarətində olan media quzu kimi susur.
Görəsən niyə? Cavab çox sadədir: bu hadisə təkcə psevdomüxalifət çörəyi yeyənləri deyil, həm də və ilk növbədə haklimiyyəti ifşa etdi. O hakimiyyəti ki, 15 ildən çoxdur ölkədə real siyasi qüvvələri sıradan çıxarmaq, psevdomüxalifət yaratmaq üçün milyonlarla pul xərcləyir- Azərbaycanın sərvətlərindən və insanımızın cibindən oğurlanmış pulları... 

Və bu pullar boşuna xərclənir: nə real müxalifəti sıradan çıxara bilməyiblər və bilməyəcəklər, nə də oyuncaq müxalifəti xalqa sırıya bilməyiblər və bilməyəcəklər!

Kitabçadakı mətnlə tanış olub özünüz qiymət verin






13 комментариев:

  1. Psevdomüxalifət pula görə iqtidara xidmət edir.Onlar xaram pulu çox sevirlər.

    ОтветитьУдалить
  2. Eli Eliyev ne vaxtdan muxalifet olub kiminse xoshuna qelmesede men deyim ki Eli Temirxan Calaloqlu bularin siyahisini uzadmaq da olar Etibar Memmedov ve bashqalari bu insanlar anti muxalifetdir satiliblar pula ve yaxud umacaqlari var ve bu bundanda pis olacaq getdikce cunki hokumetin bu qeder laqeyidliyi bele muxalifete az gorsenir bunu Celaloqlunun son aciqlamasina misal gostermek olarMitinqlere siyasi sifarish yoxdur deyir Celaloqlu buna deyen lazimdir ki ay Serdar bey sendenmi sorushmalidir millet mitinqlere sifarish var yoxsa yox Temirxan butun ishi Musavata qara yaxmaqdir cunki heyatindan gileylidir bilmirem Musavat bunun babasinin qurduqu hokumeti daqidib nedir bele curuk eqideli insani Muxalifet cergesine cixaranlardadi gunah hec kime sirr deyilki bu gun Azerbaycanda hakimiyetde Olan partiyani YAP ve muxalifet kimi MUSAVAT AXCP-ni insanlarimiz taniyir bular qoshulur bu iki muxalif partiyadan birine bir nece aydan sonra bashlayirlar shertle danishmaqa bu Gunlerde Azadliq radiosunun saytinda Fuad Qehremanli aqzini Allah yolunda qoyub bashlayib Musavat mitinqi neye gore texire saldi ve men orada ona gozel cavablar unvanladim efsuslar olsun ki bir nece sherhimi qayciladilar ve sonda deye bilerem ki butun bu yaltaqlari bu dereceye catdiran AXCP-dir basha dushe bilmirem oz ocaqinin bashinda xeyanetkarlar yetishdirirler hakimiyetden duzluk teleb edirler bu partiyalari AZADLIQ blokundan qovub Azerbaycanin xilasi namine AXCP Musavatin bayraqi altinda birleshmelidir eyer veteni sevirse onun Funkusuonerleri. Bashqan biz sizinleyik var ol ISA bey bu sizin mubarizedir bu haqqin mubarizesidir.

    ОтветитьУдалить
  3. ALLAH BEYE REHMET ELESIN.Beyin bir soz var idi-.psevdomuxalifetcilerin arasinda bir loxma eppeye(cereye)aldanib(satilib)orintirlerini deyishenler var.halbuki onlar dunen bizimle idiler.BAX ONLARA YAZIQIM GELIR-AXI HEMIN EPPEK SABAH SIZIN BURNUNUZDAN GELECEK...

    ОтветитьУдалить
  4. ALLAH BEYE REHMET ELESIN.Beyin bir soz var idi-okeani hoppanmaqla demokrat olmaq olmaz.psevdomuxalifetcilerin arasinda bir loxma eppeye(cereye)aldanib(satilib)orintirlerini deyishenler var.halbuki onlar dunen bizimle idiler.BAX ONLARA YAZIQIM GELIR-AXI HEMIN EPPEK SABAH SIZIN BURNUNUZDAN GELECEK...uzr isteyirem?menden asili olmayan sebebden evvelki ismarishde Beyin sozleri getmemishdi

    ОтветитьУдалить
  5. Bashqan sizi ve butun Musavatcilari Cumhuruyyet bayrami munasibetiyle tebrik edirem.

    ОтветитьУдалить
  6. Dunyada bir cox xalq var belkede saycada bizden yeni Azeri Turkunden sayca coxdurlar olarin dovleti yoxdur ve biz buna gore Rasulzadenin ruhu qarshisinda bash eymeliyik ki bize bu dovleti bexsh edib insan derinden fikirleshende bu insanin ne qeder vetenperver neqeder uzaqgoren olduqunu anlayir Allah Rasulzadeye qeni-qeni rehmet eylesin ve birde deyirem onun ruhu qarshisinda diz cokub bash eyirem.

    ОтветитьУдалить
  7. Этот комментарий был удален автором.

    ОтветитьУдалить
  8. Isa bey hervaxtiniz xeyir.Azerbaycanin istiglaliyyet bayrami munasibeti ile sizi ve umumiyyetle butun vetenperver ve olkemizin tessupunu ceke bilen hamini semimi gelbden tebrik edirem.Movcut Eliyevler hakimiyyeti ve onlari destekleyenler hec vaxt Mehemmed Eminnin gedirini bile bilmez ve onun ideyalarini mudafie eda bilmezdi.O,insanlarin hamisi Azerbaycani her an satmaga hazir olanlardir.Ve onlar her gun bu plani ve bu fikri cemiyyetimize numaish etdirirler.Milyonlarla azerbaycanli kimi mende umud ediremki,Mehemmed Eminin itmish bustu movzusu yaxin vaxtlarda gundemden silinecek.Bu movzu hamimiza;ister H.Eliyevin xalgimiz ucun yegane miras goyub getdiyi movcut cinayetkar hakimiyyet komandasi,isterse de hegigi vetenperver insanlarimiz ucun xecaletdir.Bir daha bayraminizi tebrik edirem.Ugurlar olsun.Zaur Ehmedov

    ОтветитьУдалить
  9. Satqinlari ifsa etmek lazimdir!

    ОтветитьУдалить
  10. За многие годы жизни в эмиграции народная мудрость"лицом к лицу лица не увидать,большое видится на расстоянии" стала мне понятна и близка.Анализируя прошедшие годы в Азербайджане и вокруг него, мне вдруг на память пришло знаменитое изречение Льва Толстого о том, что «все счастливые семьи похожи друг на друга, каждая несчастливая семья несчастлива по-своему. Все смешалось в доме Облонских».Посмотрите как все смешалось в Азербайджане?Все понятия встали с ног на голову!!!Уважаемый Иса Гамбар говорит о псевдооппозиции.А разве только она сегодня олицетворяет больное азербайджанское общество?А псевдоинтеллигенция,которая как и при Союзе и сегодня готова стать в очередь за какими то псевдорегалиями и званиями?Это касается в первую очередь старшее поколение псевдоинтеллигентов,типа писателей Анар или Вагиф Самед оглы,братьев Максуда и Рустама Ибрагимбековых и т.д. и т.п.с которых берут пример сегодня и молодые.Если им можно,то почему им нельзя?Когда в России умер академик Лихачев,то сказали,что умерла совесть русского народа.Давайте спросим себя честно:а есть ли у нашей азербайджанской интеллигенции фигура такого масштаба,которую боялась бы и почитала и власть и оппозиция,да и все общество?Я лично не знаю.Есть конечно же порядочные люди,только у них масштаб не тот,чтобы поднять нацию,разбудить СОВЕСТЬ у нее!!!А значит нам еще долго жить в стране с КРИВЫМИ зеркалами и сдвинутыми понятиями. «Человеческие очистки — самая низшая категория», — говорил Михаил Булгаков в рассказе «Собачье сердце». А что делать Азербайджану, где эти человеческие очистки управляют правительством, парламентом? Когда эти хамелеоны, эти чеховские «Очумеловы» — как пресмыкающееся меняют свою окраску в зависимости от политической конъюктуры, становятся угодливыми и по рабски преданными к власть держащим и деспотичными ко всем остальным.Посмотрите на соседнюю Грузию.Уровень их интеллигенции стоит намного выше нашей в вопросах гражданской позиции и потому у них общество быстрее сумело избавиться от Шеварнадзе и советского прошлого.И хотя там еще далеко до победы,но Грузию в мире уже знают и уважают.А как говорят на Западе про Азербайджан с его уровнем коррупции и его престолонаследием и царящими там средневековыми понятиями мне и говорить не хочется.Иногда так стыдишься этого,задаваясь простым вопросом:как же такое могло произойти в стране,где были и Низами и Физули,да и многие великие мира сего?Как???

    ОтветитьУдалить
  11. И еще хотелось бы посоветовать всем,кто претендует на роль оракулов в своем отечестве:не занимайтесь самообманом и почаще езжайте в Европу и США и тогда вы поймете как далеко находится сегодняшний Азербайджан от того что называется цивилизация и цивилизованный мир и куда его привели его "общенациональные лидеры".Если театр начинается с вешалки,то страна,которая кричит на каждом углу о том,что ее земли оккупированы и мы вернем свои земли любым путем,включая военный,должна знать,что она должна начинаться с престижа армии,а в стране,где нет уважения к армии,где родители всячески хотят отмазать своих детей от армии,где молодежь стремится стать налоговиками,ментами и таможенниками не имеет будущего и такая армия Карабах никогда не вернет!!!Никогда,как бы больно это для меня не звучало!!!Посмотрите как относятся к армии в США,в Турции или в Израиле!!!В этих странах служить в армии-это честь,а в Азербайджане??Так что наряду с псевдооппозицией у нас и псевдоинтеллигенция и псевдоармия и т.д. и т.п.,включая и псевдообщенациональный лидер,которого насаждают,как Ленина в свое время.И где же сегодня Ленин?Вот там же будет и нынешний,с его вытятутой рукой,только время будет упущено и проблемы Азербайджана,включая Карабах будет решать ох как сложно.Так и государственность потерять не сложно.Ведь было же это с АДР после прихода большевиков.

    ОтветитьУдалить
  12. Прошу прощения,забыл представиться,меня зовут Руслан и я сегодня живу в Швеции.С годами мое желание и моя надежда вернуться на Родину уменьшается как в романе у Бальзака "Шагреневая кожа".Не знаете почему?Или я меньше вас люблю Азербайджан,раз эмигрировал?Так по вашему?А белогвардейцы,что эмигрировали после 1917 года тоже ее не любили?А мусаватисты,что эмигрировали в Турцию?Видите как много вопросов возникает в эмиграции.А вы обсуждаете всяких "очумеловых",типа али алиев.Да кому он нужен и кто он такой?"Зри в корень" написано в Библии.Так давайте поднимать в обществе более главные вопросы,БУДИТЬ НАДО ОБЩЕСТВО!!!А мы занимаемся мышиной возней!!

    ОтветитьУдалить