1-2 gündür arxivimdə İbrahim Bayandurlunun çıxışının videosunu axtarırdım, tapmadım.
Ancaq, başqa maraqlı şeylər tapdım.
Məsələn, 1995-ci ildə parlament seçkilərində istfadə üçün hazırladığımız kompüter animasiyası.
Kompüterçi dostlarımızın köməyi ilə hazırlanan bu təşviqat klipi Azərbaycanda bu sahədə ilk cəhdlərdən biri, bəlkə də birincisi idi.
Deyəsən, ANS-də bir neçə dəfə göstərildi və ... arxivə köçdü. Axı o zaman - 15 il əvvəl ölkəmizdə nə internet o qədər yayılmamışdı, nə də yetərli sayda kompüter və istifadəçi var idi. Təsəvvür edirsiniz, heç facebook da yox idi :)
Bəzən dostlarımız səmimi şəkildə, bəzən də "dostlarımız" qərəzli şəkildə bizə irad tuturlar ki, yeni texnologiyalardan az istfadə edirik. Düz də deyirlər. Görürsünüz ki, biz bu iradları nəzərə alırıq və tədricən bu sahədə fəallığımızı artırırıq. Yəni, mən indi bu animasiyanı təqdim etməklə həm də yada salmaq istəyirəm ki, Müsavat yeni texnologiyalara həmişə diqqətli olub, amma, biz bu texnologiyaların yayılma səviyyəsini- ictimai rəyə təsir potensialını da nəzərə almaq zorundaydıq. Məhdud maliyyə imkanlarımızı seçicilərərə ən çox çatdırıla bilən vasitələrə yönəltməliydik.
Nə isə... 1 dəqiqəlik klipdir, baxın. Primitiv görünsə yenə də unutmayın ki, 1995-ci ildə hazırlanıb, 15 illik yubileyidir:)
Yeri gəlmişkən, kimdəsə bu klipin daha keyfiyyətli variantı varsa, mənə göndərsəniz, minnətdar olaram.
İsa bəy
ОтветитьУдалитьaçığını desəm bu videoda maraqlı heç nə yoxdur. İnciməyin, amma məna görə bilmədim burda.
Menani gormek ucun realistlikden elave bir az da gozuaciq olmaq lazimdir.Sherin qara ruzgari koliseyi, piramidalari dagitsa da, Musavatin gerbindeki 2 daga toxuna bilmedi ve mehv oldu. Bu qeder besit..
ОтветитьУдалитьMen bu videoya baxanda bashimin tuku biz biz oldu demek isteyirem ki veteninin qurtulushunu isteyen onu seven amali beraberlik azadliq haqq edalet insanliq olan insan bu goruntunu anlaya biler basha dushmeyenler AZ-TV KANALINA BAXSIN orada anlar neyise butun gunu butperestlikden verlishler qedir.
ОтветитьУдалитьIsa bey,bu da "dostumuzun" iradi:))))
ОтветитьУдалитьIlqar Abdullah
problem deyil, kimsə bəyənəcək, kimsə yox.
ОтветитьУдалитьkompüter animasiyası üçün yeni ideyaları olanlar söyləsinlər.
İsa bəy və digər bəylər
ОтветитьУдалитьanimasiyanın süjetini və məqsədini çox yaxşı başa düşürəm. Sadəcə olaraq böyük Məmməd Əmin Rəsulzadənin Azərbaycan haqqında səsləndirdikləri fikirləri və bunun Musavat Partiyasına, konkret olaraq animasiyaya aidiyyatı və uyğunluğu məni düşündürür. Rəsulzadənin səsindən sonra isə İsa bəyin səsləndirdiyi fikirlər də bir növ süjetin balansını pozur. Bir sözlə, çox təzadlı bir animasiyadır və məhz bu cəhətdən bunun mənasız bir animasiya olduğunu deyirəm. Kiminsə xətrinə dəyirsə əvvəlcədən üzr istəyirəm.
Hormetli Realist sizce Rasulzadeden sonra Ramiz Mehdiyevinmi nitgi verilmeliydi siz bile bile insanlarin esebiyle oynayirsiz.Bashqan yzyr isteyirem mudaxile etdiyimucun.
ОтветитьУдалить2 Realist
ОтветитьУдалитьSel sularının altında qalmış Azərbaycanın problemlərinə həsr edilmiş prezident aparatındakı müşavirədən:
"Biz hər il bəndləri bərkidirik, su onları yuyub aparır... indən belə daha əsaslı şəkildə bu işlər görülməlidir... ermənilər suyu normadan artıq buraxdılar... çayın qırağında qanunsuz torpaq sahələri satmış məmurlar cəzalandırılmalıdır..." və s. bu kimi cəfəngiyyat.
Mənə çox maraqlıdır ki, bununla bağlı nə fikirləşirsiniz?