17 мая 2010 г.

BİR DAHA MÜSAVAT VƏ ZAMAN

2000-ci il parlament seçkilərində partiyamızın təblğatı üçün bir sıra video-material, o cümlədən yenə də kompüter animasiyası hazırlamışdıq. Həmin il Müsavat seçki bülletenlərində 11-ci yerdə göstərildiyindən təbliğatda 11 rəqəmindən geniş istifadə etmişdik.
1995-ci ildən fərqli olaraq 2000-ci ildə bu video-çarxlar bəzi tv'lərdə müəyyən qədər nümayiş etdirildi. Məncə, həmin seçkilərdə Müsavatın başqa partiyalardan gözlə görünəcək dərəcədə çox səs almasında bu təblğat vasitələrinin də rolu olmuşdu.

Birinci video-klipdə Müsavatın seçicilərə 7 vədi təqdim olunurdu:
İşsizlərə iş!
Yoxsullara çörək!
Qarabağa azadlıq!
İş adamlarına şərait!
Qaçqınlara yurd!
Qürbətdəkilərə vətən!
Günahsız məhbuslara azadlıq!

Acınacaqlıdı, 10 il keçib, amma vədlərdə əks olunmuş problemlər yenə də aktualdı, bəziləri isə daha da kəskinləşib.
Sizcə, bu ilki seçkilərdə seçiciləri hansı vədlərlə maraqlandırmaq, seçkiyə cəlb etmək olar?

İkinci video-carx isə kompüter animasiyası idi. Bizim mütəxəssislər və kompüterçi dostlarımızın hazırladığı bu animasiyada yenə də Müsavat və zaman mövzusu ifadə edilmişdi.

Baxın. Yalnız tarixi xatırlamaq üçün yox, həm də bu il Müsavatın və başqa demokratk siyasi qüvvələrin seçki təbliğat vasitələrinin hazırlanmasında yeni ideyalar tapmaq üçün.
TV'lər üzümüzə bağlansa belə, internetin yeni kommunikasiya imkanlarından, şəbəkələrindən geniş istifadə etməliyik.

14 комментариев:

  1. Yashasin MUSAVAT Bashqan Azerbaycani seven insanlar secimini edib....

    ОтветитьУдалить
  2. Этот комментарий был удален автором.

    ОтветитьУдалить
  3. 2000-ci il secimleri unudulmaz idi.
    ~~~Secki kampaniyasi dovrunde en cox yadimda qalan (shubhesiz bashqanin daha vacib meqamlardan danishdigi anlar da var idi) Isa beyin chayxanalrla bagli yaptokratlarin muxalifetcilere unvanladigi ucuz ittihama ela yumor hissi ile, hem de heqiqeti tam eks etdirerek cavab vermesi olmushdu. "Camaatin sizin kimi kazinolarda, barlarda eylenmeye pulu yoxdur, xalqin gucu cayxanay getmeye catir. Ustelik kazinolardan ferqli olaraq cayxanalar adet-enenemize zidd yerler deyil."
    ~~~Menim onda hele 12-13 yasim vardi, sckilerin saxtalasdirilacagini dusune de bilmirdim, Musavatin qalib geleceyine de emin idim, MSK-nin aciqladigi neticelerden sonra shok olmusdum.
    ~~~Beynelxalq mushahidecilerin o zamanki movqeyi indi de qezetlerde durur, onlar Musavatin qalib geldiyine subhe etmediklerini deyirdiler. Ve seckiler tarixinde yegane haldir ki beynelxalq mushahideciler achiq ashkar kimin qalib geldiyine ishare vururdular.
    ~~~Musavatin o dovrde bir protokol emeliyyat vardi. Menteqelerden texminen 30-40 faiz yekun protokollar partiya fedaileri terefinden (onlari basqa cur adlandirmaq olmaz ) elde olunmusdu. Bu protokollar Musavatin qalib geldiyini achiq shekilde ortaya qoyurdu. Men cox isterdim o protokollardaki reqemler yene yayinlansin.
    ~~~Bu seckilerde prorporional sistem olmadigi uchun seckilerde partiya adina yox, namizedlerin adina vurgu edilmesinin daha ehemiyyetli olmasini Musvaat kimi secki tecrubesi olan bir partiyaya xatirlatmaq mence artiq olar. Amma tebii ki, bu 2005-deki kimi narinci sholene oxshar bir brendin yaradilmasini istisna etmir.
    ~~~Azerbaycanda Musavat kimi sechkilerde peshekar ikinci bir partiya yoxdur.

    ОтветитьУдалить
  4. təşəkkür edirəm, dostlar.

    p.s. əgər mümkünsə, Youtube'da da bu videolara şərh yazın, onalrı bəyəndiyinizi və ya bəyənmədiyinizi qeyd edin.

    ОтветитьУдалить
  5. Bildiyimiz kimi,iqtidar muxalifetin etiraz mitinqlerinden evvel feal teshkilatchilari izole edib,mitinqin zeiflemesine chalishirlar.Men iqtidarin bu qanunsuz fendini orduda serkerdeni doyush bashlayarken aradan goturub bu orduda xaos yaradilmasina benzedirem.Bele bir teklif ederdim ki,bu feal teshkilatchilar,qorxmaz insanlar ve bashqalarinda ruh yuksekliyi yarada bilen muxalifetchi qardashlarimiz mitinqin teyin olundugu gunden bir-iki gun evvel bashqa yere(qohum,dost-tanishin evine )kochurulsun,ki iqtidar onu mitinqden evvel hebs ede bilmesin.
    Size ugurlar arzulayiram .Allah komeyiniz olsun,amin.
    Ilqar Abdullah

    ОтветитьУдалить
  6. Daha chox jurnalistin,sefirlik numayendelerinin,beynelxalq teshkilatlarin mitinqi mushahide etmesine chalishmaq lazimdir.Bu,iqtidarin mitinqchilere qarshi zorakiliqlarini azalda biler.
    Mitinqchi qardashlara meslehet gorerdim ki,polislerin qaba ve zopraki hereket etmelerine hech bir behane vermesinler.
    Bu, mitinqden sonra YAP mehkemelerinin muxalifetchi qardashlara qeyri-qanunu hebs cezalarinin verilmesinin qarshisini ala biler.
    Ilqar Abdullah

    ОтветитьУдалить
  7. Liderlerin bu formatda gorushlerini alqishlayiram.Baxmayaraq ki,dordlukde yalniz 3 partiya Resulzade-Elchibey ideologiyasinin dashiyicilaridir,ADP-ni de bu ruha yaxin partiya hesab edirem.Ugurlar.Allah ishinize quvvet versin,amin.
    Ilqar Abdullah

    ОтветитьУдалить
  8. Yeni Musavat qezeti oxuculara sherh yazmaq uchun yer ayirmadigina gore,mecburen fikirlerimi bloqda yerleshdiriem.Isa bey, buna gore sizden uzr isteyirem.
    http://www.musavat.com/new/Ölkə/76990-“EUROVİSİON-2010%22dakı_TƏMSİLÇİMİZ_OSLOYA_GETDİ
    Bu linkde yerleshdirilmish yazini oxuyarken,Serdar beyin sozleri ile razilashmamaq qeyri-mumkundur.Halal olsun,Serdar bey!!!
    Ilqar Abdullah

    ОтветитьУдалить
  9. Bashqan uzur isteyirem Serdar celaloqlunun yaninda butun sirlerinizi danishmayin;ve birde men teklif edirem Calaloqlu gedib EUROVISION-2010 da ozu cixish ederdi onsuzda burada el-ayaqa dolashir hemde yaxinlari ile gorusher ozunu muxalifet sayir utanmazcasina Musavat Partiyasina qara yaxir BASHQAN onun haraya qeder yaxin buraxmaqi siz gozel bilirsiniz qoshulurlar Musavata bir iki nefer taniyan kimi deyirler mende varam ve bashlayirlar boyuklerin uzune aq olmaqa ve sonda qayidiram EUROVISION musabiqesine Calaloqluna mahni da meslehet vererdim BARI-NAXCIVAN oxusun.(Bashqan serhedi kecdim uzur isteyirem)

    ОтветитьУдалить
  10. http://www.musavat.com/new/Son_xəbər/77012-MÜSAVATIN_MİTİNQİNƏ_YENƏ_İCAZƏ_VERİLMƏDİ Yene de hemisheki kimi Hacibala sheherin merkezinde muxalifetin mitinq telebine yox dedi.Belke o,yox sozunden bashqa bir soz bilmir,ne desen de dushunmeden,avtomatik yox deyir?
    Onda bele bir teklif edirem ki,Hacibalaya edilen mitinq muracietinin formasini deyishesiniz,meselen bu shekilde yazila biler.
    Hacibala muellim,eger biz sheherin merkezinde mitinq kechirsek,siz buna naraziliq etmezsiniz ki?
    Chox guman ki, o da fikirleshmeden,avtomatik olaraq YOX deyecek.(Elbetde ki,men bunu esebimden yaziram,sadece olaraq muxalifetchi qardashlarimda ruh dushkunluyunun qarshisini almaga chalishiram)
    Ilqar Abdullah

    ОтветитьУдалить
  11. İsa bəy
    təbliğat kampaniyasını yuxarıda göstərdiyiniz qaydada aparmaq niyyətiniz varsa, onda bəzi məqamlar digər bloq ziyarətçilərindən fərqli olaraq məni düşündürür. Zəhmət olmasa aydınlıq gətirin.
    İşsizlərə iş demək çox gözəl səslənir. Amma reallıqda bunu yerinə yetirmək nə qədər realdır. Əlbəttə ki, hakimiyyətə gəldiyiniz təqdirdə bunu yerinə yetirmək üçün proqramınız mövcud olacaq, amma dünyanın bütün inkişaf etmiş ölkələrində özünü qabarıq şəkildə biruzə verən işsizlik problemini aradan qaldıracağınıza əminsinizmi???
    Qarabağa azadlıq - bəlkə bu düyünə düşmüş problemin hansısa formulasını bilirsiniz. Hərbi yolu nəzərdə tutursunuzsa burada yeni heç bir şey yoxdur. Danışıq və diplomatik üsulla həll yolunu nəzərdə tutursunuzsa onda heç hakimiyyətə gəlməyə ehtiyac yoxdur, həll yolunu elan edin, ağlabatan olsa və erməniləri razı salsa, böyük ehtimalla problem həll olunacaq.
    İsa bəy, sizdən çox xahiş edirəm! Seçki kampaniyası zamanı REAL vədlər verin. Bu cür vədlər verməklə insanlarda sizə olan qalan inamın itirilməsinə yol verməyin.

    ОтветитьУдалить
  12. Mene ele gelir ki,iqtidar hakimiyyetden getse, yuxarida sadalanan butun problemler oz-ozune yoluna dushecek.Chunki, olkemeizdeki butun problemler iqtidarin serishtesiz daxili ve xarici siyasetleri neticesinde emele gelib ve gelmekdedir.
    Ikincisi de,Isa bey butun dunyanin inkishaf etmish olkelerine prezidentlik etmeyecek ki,(halbuki o,buna da layiqdir)bu olkelerin ishsizlik problemlerini hell etsin,oz rehberi olacagi dovletin problemlerini hell etse kifayetder,realist bey.:))
    Iqar Abdullah

    ОтветитьУдалить
  13. Isa bey Azerbaycani seven insanlarin secimidir Isa bey dovletin millet ucun ishlemelidir prinsipini yashadacaq beli dovleti millet qurur ki,millete qulluq etsin bizde heleki dovlet bir qrup insanlar ucun ishleyir. Yasha Musavat sene pis gozle baxanlara ar olsun bashini uca tut Musavat cunki tarixen sene aqilli insanlar bashqanliq edib var ol Musavat sen milli azadliq yolunda yorulmadin yolundan donmedin insanlarimizin biqaneliyinden kusmedin. ISA bey Azeri Turkunun secimi Var ol BASHQANIM.

    ОтветитьУдалить
  14. Realistler Realiqdan danishir bes ISA beyin sesini saxtalashdiranda harada idi Realistler.

    ОтветитьУдалить