Kəsilmiş və zədələnmiş
video
Gənc dostlarımdan birinin göndərdiyi
bu videoya baxdım və həmin günlər bir daha yada düşdü... 1990-cı ildə 21 yanvardan
22 yanvara keçən gecə parlament toplantısında bir neçə dəfə çıxış etmişdim. Məqsəd
sadə idi: sessiyanın baş tutmasına və xalqın iradəsini əks etdirən ciddi qərarların
qəbul edilməsinə nail olmaq.
Bu çıxışlardan birinin kəsilmiş və
zədələnmiş videosunu diqqətinizə təqdim edirəm.
“Qanlı yanvar” günlərindən birində, 26 il əvvəl bu
gün – 1990-cı il 21 yanvarda Azərbaycan Ali Sovetinin toplantısı başlandı və
kvorum yığıldıqdan sonra rəsmi sessiya başladı. Parlamentin sessiyasının
keçirilməsi ideyası AXC rəhbərliyinə aid idi. Əbülfəz Elçibəylə danışdıqdan
sonra ağsaqqal deputatlardan Bəxtiyar Vahabzadə və İsmayıl Şıxlının razılığı ilə
onların adından bütün deputatları Ali Sovetin fövqəladə sessiyasına dəvət etdik.
Yerlərdə AXC rayon şöbələrinin rəhbərləri deputatları inandırdılar ki, mütləq
iştirak etmək lazımdır. İnanmaq istəməyənləri maşına qoyub özləri Bakıya gətirirdilər.
Çox çətin vəziyyətdə toplantı başlandı və gərgin müzakirələrlə
davam etdi. Bakını yenidən işğal etmiş sovet silahlı qüvvələri parlament
binasını da mühasirədə saxlayırdı. Saat 22-də isə komendant saatı başladı və
bizim işimiz bir az asanlaşdı: artıq heç bir deputat binanı tərk edə bilməzdi. Həyəcan,
qəzəb və qorxu içində olan deputatlar
emosional çıxışlar edirdi. Hakimiyyətə yaxın olanlar çalışırdılar ki,
birincisi, sessiya baş tutmasın, ikincisi, baş tutarsa ümumi söhbətlərlə,
dişsiz qərarlarla sessiyanı yola versinlər.
Bir sıra səmimi mövqe tutan deputatların, ziyalıların dəstəyi və zalda olan fədakar cəbhə fəallarının dirənişi ilə biz həmin şəraitdə mümkün maksimum nəticə əldə etdik. Sessiya baş tutdu və inqilabi qərarlar qəbul etdi: qəbul edilmiş qətnamədə 20 yanvar hadisələri (Bakıya ordu yeridilməsi və dinc əhalinin öldürülməsi) konstitusiyanın kobud şəkildə pozulması və SSRİ rəhbərliyinin cinayəti kimi qiymətləndirildi. Ordunun Bakıdan çıxarılmayacağı və fövqəladə vəziyyətin ləğv edilməyəcəyi halda Azərbayan Respublikasının SSRİ-dən çıxma prosedurlarına başlayacağı bəyan edildi.

Комментариев нет:
Отправить комментарий