2015-ci ilin son qeydləri
1. Təəccüblənmək haqqı
28 dekabrda əfv fərmanı imzalandı. 210 məhbus əfv
edildi. Dünya Azərbaycanlıları Həmrəylik günü və Yeni il ərəfəsində 210 adam
azadlığa çıxdı və ailələrinə qovuşdu. Onlara gözaydınlığı verirəm. Amma əfv
olunanların siyahısında bir nəfər də olsun siyasi məhbus yoxdur. Bax bu çox təəccüblü
oldu. Son vaxtlar dəb yaranıb, deyirlər ki, “təəccüblənmədim. Bu hakimiyyətin
heç bir addımı məni təəccübləndirə bilməz.”
Siz bilərsiniz, amma mən təəccübləndim. Cəmi bir-iki adam tanıyıram ki,
deyirdilər heç bir siyasi məhbus azad edilməyəcək. Bəlkə onların təəccüblənməmək haqqı var.
Lakin cəmiyyətdə azadlığa buraxılacaq siyasi məhbusların
yalnız sayı ilə bağlı diskussiya gedirdi.
Məntiq bir yana qalsın, axı əksəriyyət əmin idi ki, siyasi məhbuslardan əfv
edilən olacaq. Bir çox başqa məlumatdan əlavə siyasi məhbus Rəşad Həsənovun
açıqlanmasından da təsdiq olunur ki, onların azadlığa buraxılmasına
hazırlıq gedirmiş, hətta bu hazırlıq
tamamlanıbmış. Demokratik ictimaiyyətin
optimistləri deyirdilər ki, siyasi məhbusların əksəriyyəti azad ediləcək.
Pessimistlər deyirdilər ki, həmişəki kimi yalnız bir neçə siyasi məhbus azad
ediləcək. Realistlər isə deyirdilər ki,
bəli, həmişəki kimi yalnız bir neçə siyasi məhbus azad ediləcək, ancaq bununla
heç nə dəyişməyəcək. Bu təəccüb məsələsində sözümün canı odur ki, rejimin məntiqsiz
qərarlarından, addımlarından təəccüblənmək
haqqımızı özümüzdə saxlamalıyıq. Çünki biz təəccüblənməyəcəyiksə, cəmiyyət dünəndən
təəccüblənməyəcək. Cəmiyyət təəccüblənməyəcəksə, demək hər şey normaldır. Nəinki
siyasi məhbusların azad edilməməsi, elə insanların siyasi səbəblərdən həbs
edilməsi də normal hal hesab ediləcək.
2.
Azərbaycan
hakimiyyətini erməni lobbisi idarə edir?!
Qayıdaq məntiq
məsələsinə. Bir çox siyasi məhbusun azad ediləcəyinə cəmiyyətin əminliyi həm də
məntiqə əsaslanırdı. Söhbət yalnız ondan getmir ki, siyasi məhbusların böyük əksəriyyəti
tam günahsızdır, özlərinin və fədakar vəkillərin savadlı fəaliyyəti ilə məhkəmələrdə
ittihamnamələr darmadağın edilib, bəzi məhbus
QHT-çilər hətta əsassız vergi tələblərini də ödəyiblər, vətənə xəyanət və
casusluq kimi ən absurd ittihamlar demək olar ki, geri çəkilib. Məntiqə görə dərinləşən iqtisadi böhran şəraitində
iqtidar cəmiyyət daxilində gərginliyin artmasında deyil, azalmasında maraqlı
olmalıydı. Rejim arxayındır ki, demokratik qüvvələr ölkədaxili gərginlikdə
maraqlı deyillər, üstəlik müstəsna olaraq dinc mübarizə metodlarından istifadə
edirlər, cəmiyyətdə isə xof mühiti davam
edir. Amma axı cəmiyyətdə sosial problemlər artdıqca, protest elektoratının fəallaşması
və cəmiyyətlə müxalifətin bütünləşməsi labüd olacaq. Deyək ki, rejim bu
labüdlüyü dərk etmir, bəs gərginliyin beynəlxalq tərəfi? Bütün aparıcı beynəlxalq
təşkilatlar, demokratik dövlətlər Azərbaycanda azadlıqların boğulmasından,
insan haqlarının total şəkildə pozulmasından, seçkilərin saxtalaşdırılmasından,
siyasi məhbus problemindən artıq narahatlıq mərhələsini keçib, narazılıq
bildirməyə başlayıblar, sanksiyalar qapını döyür. Ola bilər ki, mahiyyət
etibarı ilə xalqa zidd olan bu rejim bütövlükdə Azərbaycana yaranan təhlükələrdən,
o cümlədən Qarabağ məsələsində mövqeyimizin ciddi şəklidə zəifləməsindən
narahat deyil, axı öz maraqları da sərt və təsirli zərbələr alacaq. ABŞ və
Avropa ölkələrinə vizadan məhrum olmaq, xaricdəki bank hesablarının bağlanması-
bunlardamı nəzərə alınmır? Heç kəsə sirr deyil ki, rejim təmsilçilərinin,
onların ailə üzvlərinin sərvət və mülkiyyətlərinin əsas hissəsi qərb ölkələrindədir,
təhsil, səhiyyə, istirahət, alış-veriş, özünü göstərmək ehtiyacları---hamısı
ordadır. Bunlarıdamı düşünmürlər? Məhz bu amilləri nəzərə alan demokratik düşərgə
siyasi məhbusların azad ediləcəyini kifayət qədər real sayırdı.
Hakim
rejim isə ən yüksək vəzifəli şəxslərin dilindən əfv fərmanından həm əvvəl, həm
də sonra açıq şəkildə dedilər ki, ABŞ Konqresinin sanksiya layihəsi və AŞPA-nın
ölkəmizə araşdırma heyəti göndərmək qərarı Azərbaycana qarşı təxribatdır. Həm
Milli Məclisin, həm prezident aparatının rəhbər təmsilçiləri dedilər ki, bu
ABŞ-ın, Avropanın ümumi mövqeyi deyil, Azərbaycana düşmən olan, erməni
lobbisinin təsiri altında olan ayrı-ayrı şəxslərin təxribatıdır. Bildirdilər
ki, bu təşəbbüslər əks nəticə verəcək və sözlərinin üstündə durub heç bir
siyasi məhbusu azad etmədilər.
Bu mövqe
gerçəklikdən, məntiqdən tamamilə uzaqdır. Əvvəla, heç şübhəsiz, sanksiya və
getdikcə artan digər təzyiq addımları avtoritar rejimlərin ölkədaxili və beynəlxaq
norma və oyun qaydalarını kobud, davamlı və saymazyana şəkildə pozmasından bezən
qərbin son illər qəbul etdiyi ümumi,
prinsipial və dönməz siyasi kursun təzahürləridir. Özü də ilk təzahürləridir,
davamı olacaq.
İkincisi, aydın məsələdir ki, qərbin ümumi demokratik dəyərlərə bağlılığndan və
ümumi geopolitik maraqlarından əlavə əlbəttə Azərbaycanı sevməyənlər də var,
Əliyev rejimini növbəti səhvlərə yönəltmək və bundan ölkəmizə qarşı istifadə
etmək istəyənlər də var, elə erməni lobbisi və onun müəyyən təsiri də var. Cənab
rejim mənsubları, siz niyə öz bərbad, səriştəsiz, fürsətçi daxili və xarici
siyasətinizlə bu dairələrə əsas və bəhanə verirsiniz ki, Azərbaycanımıza
problemlər yaratsınlar? Bir tərəfdən deyirsiniz ki, bu dairələrin məqsədi dövlət
başçısının siyasi məhbusları əfv etməsinin qarşısını almaqdır, siz isə müstəqil
siyasət yeridirsiniz və bu qüvvələrin tələblərinə, hədələrinə tabe
olmayacaqsınız, digər tərəfdən isə siyasi məhbusları əfv fərmanından çıxararaq əslində
özünüz guya ifşa etdiyiniz təxribat planının icraçısına çevrilirsiniz. Deməli,
sizi o “təxribatçılar” idarə edir? Üstəlik, deyirsiniz və israr edirsiniz ki,
bu qüvvələr erməni lobbisinin təsiri altında hərəkət edir. Demək belə çıxır ki,
siz özünüz də erməni lobbisinin istədiyi kimi hərəkət edirsiniz. Azərbaycan
hakimiyyətini erməni lobbisi idarə edir?!
3.
Hakimiyyətin
yanlış qərarlarının əsas səbəbi
Bunu da yeni ildə yazarıq:))
Hamı salam,
ОтветитьУдалитьAdım cənab Rugare Sim. Hollandiyada yaşayıram və bu gün xoşbəxt bir insanam? Mən özümə dedim ki, hər kəs mənə və ailəmizə pis vəziyyətimizdən kömək edir, ona borc axtarır olan hər kəsə müraciət edəcəyəm, mənə və ailəmə xoşbəxtlik verdi, mənə kredit verməyə məcbur oldum Mən 2 uşaqlı bir Atam olduğum müddətdə həyatımı başlamağa 300.000.00 və krediti geri ödəyəcəyini xahiş edirəm ona (cənab, Rugare Sim) ona müraciət et. E-poçt vasitəsilə Cənab Mohamed Careen ilə əlaqə saxlayın: (arabloanfirmserves@gmail.com)
KREDİ TƏTBİQ MƏLUMATI FORMASI
Adı ......
Orta adı .....
2) Cins: ......
3) Lazım olan kredit məbləği: .........
4) Kreditin müddəti: .........
5) Ölkə: .........
6) Ev ünvanı: .........
7) Mobil nömrəsi: .........
8) E-poçt ünvanı ..........
9) Aylıq gəlir: .....................
10) Işğal: ...........................
11) Burda hansı sayt haqqında danışdınız .....................
Təşəkkür və ən xoşniyyətlər.
E-poçt: arabloanfirmserves@gmail.com
Are you looking for Finance?Are you looking for a Loan to enlarge your business?I think you have come to the right place,We offer Loans at low interest rate,Interested people should please CONTACT US on For immediate response to your application, Kindly reply to this emails below only: sawda.finance@gmail.com
ОтветитьУдалитьWe are into business funding and giving finance to individuals, corporate bodies and companies at a low interest rate. Should you be interested, kindly get back to me for more details email: alexcredit40@gmail.com
ОтветитьУдалить