skip to main |
skip to sidebar
EYNULLA FƏTULLAYEVİN MƏKTUBU_2011, YANVAR
Müsavatın Başqanı İsa Qəmbərə
Təşəkkür Məktubu
Əziz İsa bəy!
Azad mətbuatın parçalanmış və eybəcərlənmiş cəsədi üzərində ikrah doğuran “Ruh”un utanmaz çalağan rəisinə Sizin açıq rəmzi etirazınızı mən böyük sevinc hissi ilə qarşıladım. Bu rəmzi aksiya ölmüş “Ruh”un mükafatından imtina əyalət düşüncəli primitiv avtoritarizmə ən böyük zərbələrdən oldu. İctimai missiyanı şəxsi qazanc mənbəyinə çevirmiş insanların ümidinə qalmış əyalət düşüncəli Azərbaycan avtoritarizminin deqradasiyasını ən parlaq şəkildə təcəssüm etdirən hadisə də məhz beynəlxalq aləm tərəfindən mətbuatın düşməni kimi tanınmış İlham Əliyevə jurnalistlərin dostu vəsiqəsinin təqdim edilməsi oldu. Sizin son aksiyanız isə İlham Əliyev və Mehdiyev hakimiyyətini “təsərrüfat mətbuatı”nın dəstəyindən də məhrum etdi.
Yalnız tarixi şəxsiyyətlər rəmzi addımlar atmaq qüdrətinə malikdirlər. Siz belələrindənsiniz. Saxta ittihamlarla həbsdə saxlanılan jurnalistin müdafiəsinə, eləcə də yüzlərlə repressiyaya məruz qalmış qələm sahiblərinin haqqını qoruduğunuz üçün Sizə öz dərin təşəkkürümü bildirirəm. Sizin bu aksiyanız mənə böyük Ruh verdi.
Deyirlər, tarix məhz tarixdə işıqlı və zülmətli izlərdən yaranan saplardan toxunur. Arzu edirəm ki, Siz həmişə tarixi işıqlı saplarla toxuyasınız.
İnqilabi salamlarla,
Sizin Eynulla Fətullayev
Bizde cox sevindik Basqan duzgun qerar verdi minettadariq ISA bey biz sizinleyik son gunler geden gedelerden sayaqida ruhdan dushmemeli tarixin size emanet etdiyi Azerbaycanimizin Azadliqi uqrunda mubarizeni davam etdirmeliyik.Hormetle butun varliqiyla veteni seven onun azadliqini seven Musavat fedaisi.
ОтветитьУдалитьMusavat bashqanina uqurlar sizinleyik ISA bey.
ОтветитьУдалитьBashqan Sherqden gelen mehin bizlere catmasi mumkundurmu.......
ОтветитьУдалитьNe gozel MISIRDE AZAD olur bes biz niye yatmishiq ey milletim gelin etiraf edek biz cirlashmishiq iki uc qotur gede bizi sariyib barmaqina REDD OLSUN ELIYEV HAKIMIYETI.
ОтветитьУдалить