22 мая 2011 г.

Appeal To the European Union and The European Parliament

Siyasi mövqeyinə və fəaliyyətinə görə universitetlərdən xaric edilmiş gənclərimizin Avropada təhsil almalarına imkan yaradılması barədə Avropa Birliyinə və Avropa Parlamentinə müraciət etdik. Müraciətin ingilis dilinə tərcüməsi və orijinalı  ilə burda tanış ola bilərsiniz.



Appeal
To the European Union and
The European Parliament

Intensification of the socio-political situation in Azerbaijan, struggle for rights and freedoms proceeding to a qualitatively new level, desire for serious economic and political reforms of the democratic forces in the country against the background of democratisation process going in the world is accompanied with further tightening of the anti-democratic authoritarian corrupt regime existing in Azerbaijan for 18 years and even stronger pressure on human rights and freedoms.
Tightening of the regime in Azerbaijan has been getting appropriate reaction from all parts of the democratic world, including EU member-states and institutions during recent months. We consider these critical reactions as serious international support to demands of democratic forces of Azerbaijani to carry out comprehensive political and economic reforms, protect fundamental rights and freedoms, liquidate constraints to activity of civil society institutes and media and hope that this support will continue.
But recently the Azerbaijani authorities have been ignoring these demands and been broadening the format of the repressive measures. Politically active youth has been aimed this time. The authorities have been threatening them not only with physical pressure and arrest via fake allegations, but also with expelling them from their universities. This is not something new in the arsenal of political repressions of the authorities, but recently it has been getting a mass character. Tural Abbasli, Javid Mehraliyev, Jabbar Savalanli and others have been expelled from their universities for their political views and struggle. 
These insidious actions of the authorities are aimed to threaten and deviate the democratic spirited youth from the struggle and unfortunately, this has a negative effect on the determination of youth. 
Analogical steps were taken by the Lukashenko regime in Belarus and according to our information, in order to prevent these repressions and help the Belarusian students deprived from an opportunity to study for political reasons the European Union implemented a special program for the Belarusian students to study in European countries.
As a main centre of struggle for democratic reforms in Azerbaijan the Public Chamber asks the European Union to implement a similar program for Azerbaijan as urgent as possible. Such a step would be an indispensable support and gift for Azerbaijani student-youth in their struggle to spread democratic European values.

Coordination Council of the Public Chamber,
Baku, 2011 May 20



Добавьте подпись

Добавьте подпись



Avropa İttifaqına
Avropa Parlamentinə
Müraciət

      Dünyada gedən demokratikləşmə prosesləri fonunda Azərbycanda da Ictimai-siyasi durumun kəskinləşmsi, hüquq və azadlıqlar uğrunda mübarizənin keyfiyyətcə yeni mərhələyə keçməsi, ölkədə demokratik qüvvələrin əsaslı igdisadi və siyasi islahatlar istəyi Azərbaycanda son 18 ildə mövcud olan antidemokratik avtoritar-korrupsioner rejimin bir qədər də sərtləəşməsi və insan hüquq və azadlıqlarına daha da sərt təzyiqlər göstərməsi ilə müşaiyət olunur.
       Son aylar Azərbaycan rejiminin bu sərtləşməsinə demokratik dünyanın bütün qütblərindən, o cümlədən Avropa Birliyi dövlətlərindən və institutlarından müvafiq reaksiyalar olub. Biz bu tənqidi reaksiyaları Azərbaycanın demokratik siyasi qüvvələrinin ölkədə geniş siyasi və iqtisadi islahatların keçirilməsi, fundamental hüquq və azadlıqların qorunması, vətəndaş cəmiyyəti institutlarının və medianın fəaliyyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması tələblərimizə ciddi beynəlxalq dəstəyin ifadəsi kimi qəbul edir və bu dəstəyin davam etdiriləcəyinə ümid edirik.
       Lakin son zamanlar, Azərbaycan hakimiyyəti bütün bu tələblərə məhəl qoymayaraq, repressiya tədbirlərinin formatını bir qədər də genişləndirmişdir. Bu dəfə hədəfə alınan siyasi fəal gənclərdir ki, hakimiyyət onları fiziki təzyiqlə, şərləmə yolu ilə həbsə atmaqla yanaşı, həm də təhsil aldıqları ali məktəblərdən xaric etməklə təhdid edir. Belə addımlar hakimiyyətin siyasi repressiya arsenalında yeni olmasa da, son aylarda bu kütləvi xarakter almışdır. Belə ki, Tural Abbaslı, Cavid Mehrəliyev, Cabbar Savalanlı və digərləri  siyasi görüşlərinə və apardıqları mübarizəyə görə təhsil aldıqları universitetlərdən xaric edilmişdirlər.
       Hakimiyyətin bu məkrli addımları demokratik ruhlu gəncliyi mübarizədən çəkindirməyə və qorxutmağa yönəlmişdir və təəssüf ki, Azərbaycan gəncliyinin mübarizə əzminə neqativ təsir göstərir.
       Analoji addımlar vaxtilə Belarusda mövcud olan Lukaşenko rejimi tərəfindən də atılmışdır ki, bizə bəlli olan məlumata əsasən, Avropa Birliyi ölkələri bu repressiyaların qarşısını almaq və siyasi motivlərlə təhsil imkanından məhrum edilmiş Belarus tələbələrinin təhsilini Avropa ölkələrində davam etdirməsi üçün xüsusi bir proqram həyata keçirmişdir.
        Azərbaycanda demokratik islahatlar uğrunda mübarizənin əsas mərkəzi olan İctimai Palata olaraq, biz Avropa Birliyindən mümkün qədər təcili olaraq Azərbaycana dair də anoloji proqramın həyata keçirilməsini xahiş edirik. Belə bir addım Azərbaycanın tələbə-gəncliyinin demokratik Avropa dəyərlərinin yayılması uğrunda mübarizəsinə əvəzsiz dəstək və töhfə olardı.

İctimai Palatanın Korrdinasiya Şurası,
Bakı, 2011, may 20





Комментариев нет:

Отправить комментарий