8 января 2010 г.

KİMLİK

İsa Yunis oğlu Qəmbər 24 fevral 1957-ci ildə Bakı şəhərində anadan olub. Atası Yunis Heydər oğlu Qəmbərov kimya elmləri doktoru, Azərbaycan EA-nın müxbir üzvü, tanınmış kimyaçı-alim olub. Anası Tahirə Abbas qızı Qəmbərova kimya elmləri namizədi olub.

1964-74-cü illərdə 62 saylı Bakı şəhər orta məktəbində təhsil alıb. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olub, 1979-cu ildə oranı bitirib.

1979-82-ci illərdə Azərbaycan EA Naxçıvan Elm Mərkəzində, 1982-90-cı illərdə Şərqşünaslıq İnstitutunda elmi işçi vəzifələrində çalışıb. Akademiyada işləyərkən İran, Türkiyə və Yaxın Şərqdəki siyasi prosesləri tədqiq edib, Qərb ölkələrinin siyasi həyatı ilə maraqlanıb. "1978-79-cu illər İran inqilabı" mövzusunda dissertasiya işi yazıb.

Geniş ictimaiyyət tərəfindən 1985-ci ilin yanvarından Zori Balayanın "Ocaq" kitabına yazdığı cavabla bağlı tanınıb. Fəal siyasətə 1988-ci ildən qoşulub.

AXC-nin yaradıcılarından biri, ilk İH-nin üzvü, 1990-91-ci illərdə AXC təşkilat şöbəsinin müdiri və sədr müavini olub. 1990-cı ildə xalq deputatı seçilib. 1991-ci ildə Azərbaycan Ali Soveti Milli Şurasında Xarici İşlər komissiyasına sədrlik edib.

1992-ci ilin may ayında Ali Sovetin sədri seçilib. 1992-ci il may-iyun aylannda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edib.

Müsavatı bərpa edən mərkəzə (mart 1992-ci ildən) rəhbərlik edib və 1992-ci ilin noyabr ayında Müsavat Partiyasının III Bərpa Qurultayında təşkilatın Başqanı seçilib.

1993-cü il 4 iyun qiyamından sonra Azərbaycan dövlətçiliyi və əhalinin təhlükəsizliyi naminə Ali Sovetin sədri vəzifəsindən istefa verib. Sonra qiyamçılar tərəfindən parlament binasında həbs edilib. İctimaiyyətin və dünya demokratiya mərkəzlərinin təzyiqi nəticəsində həbsdən azad edilib.

Hazırda Müsavat Partiyasının Başqanıdır

Evlidir, 2 oğlu var. Həyat yoldaşı Aida Rəhim qızı Bağırova tarix elmləri namizədi, Bakı Dövlət Universitetinin dosentidir.

Комментариев нет:

Отправить комментарий