diqqətli oxucular, o cümlədən mən çox təəccübləndik. Çünki, VİP sədrinin konfrans çıxışı kimi təqdim edilən mətn əslində psevdomüxalifətdən hakimiyyətə göndərilən arayışdan başqa bir şey deyildi. Yəni müəllif hakimiyyətə izah edirdi ki, real müxalifəti (ad çəkilməsə də aydın görünür ki, söhbət Müsavat və AXCP-dən gedir) sıradan çıxarmaq üçün və inandırıcı psevdomüxalifət yaratmaq (AZADLIQ blokunun digər iki partiyasının timsalında) üçün nə etmək lazımdır.