Показаны сообщения с ярлыком qeyd. Показать все сообщения
Показаны сообщения с ярлыком qeyd. Показать все сообщения

13 января 2011 г.

EYNULLA FƏTULLAYEVİN MƏKTUBU_2011, YANVAR


Müsavatın Başqanı İsa Qəmbərə


Təşəkkür Məktubu


Əziz İsa bəy!


Azad mətbuatın parçalanmış və eybəcərlənmiş cəsədi üzərində ikrah doğuran “Ruh”un utanmaz çalağan rəisinə Sizin açıq rəmzi etirazınızı mən böyük sevinc hissi ilə qarşıladım. Bu rəmzi aksiya ölmüş “Ruh”un mükafatından imtina əyalət düşüncəli primitiv avtoritarizmə ən böyük zərbələrdən oldu. İctimai missiyanı şəxsi qazanc mənbəyinə çevirmiş insanların ümidinə qalmış əyalət düşüncəli Azərbaycan avtoritarizminin deqradasiyasını ən parlaq şəkildə təcəssüm etdirən hadisə də məhz beynəlxalq aləm tərəfindən mətbuatın düşməni kimi tanınmış İlham Əliyevə jurnalistlərin dostu vəsiqəsinin təqdim edilməsi oldu. Sizin son aksiyanız isə İlham Əliyev və Mehdiyev hakimiyyətini “təsərrüfat mətbuatı”nın dəstəyindən də məhrum etdi.
Yalnız tarixi şəxsiyyətlər rəmzi addımlar atmaq qüdrətinə malikdirlər. Siz belələrindənsiniz. Saxta ittihamlarla həbsdə saxlanılan jurnalistin müdafiəsinə, eləcə də yüzlərlə repressiyaya məruz qalmış qələm sahiblərinin haqqını qoruduğunuz üçün Sizə öz dərin təşəkkürümü bildirirəm. Sizin bu aksiyanız mənə böyük Ruh verdi.
Deyirlər, tarix məhz tarixdə işıqlı və zülmətli izlərdən yaranan saplardan toxunur. Arzu edirəm ki, Siz həmişə tarixi işıqlı saplarla toxuyasınız.


İnqilabi salamlarla,
Sizin Eynulla Fətullayev

11 августа 2010 г.

"ZERKALO" QƏZETİNƏ MÜSAHİBƏM, 2010 AVQUST 10

"Скорее всего, свободный мир находится в замешательстве, на перепутье, пытаясь определить, какую линию нужно выбрать в отношении "избалованного ребенка" в лице наших властей."
Запад в замешательстве

первая часть
Свободный мир устал от капризов "избалованного ребенка", считает Иса Гамбар

вторая часть
А в целом я считаю, что общество преодолеет эту атмосферу страха, когда оно поверит в возможность в изменения в лучшую сторону

19 июля 2010 г.

BİR TƏDBİR, BİR TƏKLİF, BİR GƏLƏCƏK!

2010-cu il 15 iyulda Müsavat Partiyası AXC-nin 21 illiyi ilə bağlı bayram tədbiri keçirdi. Bayram tədbirində mənim  çıxışıma burdan baxa bilərsiniz. 

"AXC XALQIMIZIN ÜMUMİ DƏYƏRİDİR"

"RƏSUZADƏ-ELÇİBƏY YOLUNDA  BİRLƏŞƏK" 
  

"AXC-nin 21 İLLİYİNDƏN MÜSAVATIN 100 İLLİYİNƏ DOĞRU"

29 июня 2010 г.

ƏBÜLFƏZ EIÇİBƏY--TARİXİ ŞƏXSİYYƏT və DƏYƏRLƏRİN SİMVOLU

 24 iyunda - Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın demokratik yolla seçilmiş ilk prezidenti Əbülfəz Elçibəyin 72-ci doğum günü Müsavat Partiyası və DUİ-yə daxil olan partiyaların üzvləri Fəxri Xuyabanda anım mərasimi keçirdi. Mərasimdən fotolara və mənim çıxışıma burda baxa bilərsiniz.




















25 мая 2010 г.

PSEVDOMÜXALİFƏT ÇÖRƏYİ YEYƏN SİYASƏTÇİLƏR və XALQIN SƏRVƏTİNİ PSEVDOMÜXALİFƏTƏ XƏRCLƏYƏN HAKİMİYYƏT

Azərbaycan siyasi arenasında, müxalifət düşərgəsində böyük bir skandal baş verib, ancaq bu sahədə ən kiçik fikir ayrılığını şişirdən, həftələrlə manşetlərdən düşürməyən media strukturları-ilk növbədə iqtidarın nəzarətində olan mediadan söhbət gedir, nədənsə indi susurlar.

Nə baş verib? Hakimiyyətin himayəsində olan AVCİYA adlı  bir qeyri-hökumət təşkilatı (?!)-qərbdə belələrini NGO deyil, GONGO (hökumətin nəzarətində olan QHT) adlandırırlar, aprel ayında bir beynəlxalq konfrans keçirib. Özünü müxalifət partiyası adlandıran VİP-in sədri bu konfransda həm də AZADLIQ blokunun təmsilçisi kimi təqdim edilib və çıxış edib. Bu çıxış normal bir müxalifətçi çıxışı kimi qiymətləndirilə bilər.

Amma, konfransın materialları toplanmış kitabça 18 mayda paylananda diqqətli oxucular, o cümlədən mən çox təəccübləndik. Çünki, VİP sədrinin konfrans çıxışı kimi təqdim edilən mətn əslində psevdomüxalifətdən hakimiyyətə göndərilən arayışdan başqa bir şey deyildi. Yəni müəllif hakimiyyətə izah edirdi ki, real müxalifəti (ad çəkilməsə də aydın görünür ki, söhbət Müsavat və AXCP-dən gedir) sıradan çıxarmaq üçün və inandırıcı psevdomüxalifət yaratmaq (AZADLIQ blokunun digər iki partiyasının timsalında) üçün nə etmək lazımdır.

İndi VİP sədri iddia edir ki, bu bir təxribatdır və bu mətnin ona və partiyasına heç bir aidiyyəti yoxdur. Ancaq, AVCİYA-nın sədri deyir ki, “Bu yazı mənə Vətəndaş və Inkişaf Partiyasından göndərilib. Mən onu göndərən şəxsin adını, elektron ünvanını Əli Əliyevə təqdim etmişəm”. Bu sözləri “Azadlıq”a açıqlamasında AVCIYA-nın təmsilçisi Məhərrəm Zülfüqarlı Vətəndaş və Inkişaf Partiyasının (VIP) sədri Əli Əliyevin çıxışı ilə bağlı yaranan anlaşılmazlığa aydınlıq gətirərkən bildirib.Lakin Məhərrəm Zülfüqarlı həmin şəxsin adını açıqlamaqdan imtina edib: “Mən Əli bəylə görüşmüşəm və ona bütün olanları demişəm. Əli bəy də bu məsələ ilə bağlı araşdırma aparır. Onun araşdırma apardığı bir vaxtda mənim həmin şəxsin adını açıqlamağım qeyri-etik olardı. Araşdırmalar yekunlaşandan sonra isə bütün məsələlər açıqlanacaq”.
AVCIYA-nın təmsilçisi onu da əlavə edib ki, ona göndərilən mətni hələ də elektron ünvanında saxlayır: “Araşdırmalar yekunlaşandan sonra gəlib baxa bilərsiniz”.


Yenə də qeyd edim ki, bu qalmaqallı məsələyə bir - iki  yazı "Yeni Müsavat"da, bir - iki yazı "Azadlıq"da, bir yazı da "Bizim yol"da  həsr edilib. Qalan media, xüsusən hakimiyyətin nəzarətində olan media quzu kimi susur.
Görəsən niyə? Cavab çox sadədir: bu hadisə təkcə psevdomüxalifət çörəyi yeyənləri deyil, həm də və ilk növbədə haklimiyyəti ifşa etdi. O hakimiyyəti ki, 15 ildən çoxdur ölkədə real siyasi qüvvələri sıradan çıxarmaq, psevdomüxalifət yaratmaq üçün milyonlarla pul xərcləyir- Azərbaycanın sərvətlərindən və insanımızın cibindən oğurlanmış pulları... 

Və bu pullar boşuna xərclənir: nə real müxalifəti sıradan çıxara bilməyiblər və bilməyəcəklər, nə də oyuncaq müxalifəti xalqa sırıya bilməyiblər və bilməyəcəklər!

Kitabçadakı mətnlə tanış olub özünüz qiymət verin






17 мая 2010 г.

BİR DAHA MÜSAVAT VƏ ZAMAN

2000-ci il parlament seçkilərində partiyamızın təblğatı üçün bir sıra video-material, o cümlədən yenə də kompüter animasiyası hazırlamışdıq. Həmin il Müsavat seçki bülletenlərində 11-ci yerdə göstərildiyindən təbliğatda 11 rəqəmindən geniş istifadə etmişdik.
1995-ci ildən fərqli olaraq 2000-ci ildə bu video-çarxlar bəzi tv'lərdə müəyyən qədər nümayiş etdirildi. Məncə, həmin seçkilərdə Müsavatın başqa partiyalardan gözlə görünəcək dərəcədə çox səs almasında bu təblğat vasitələrinin də rolu olmuşdu.

Birinci video-klipdə Müsavatın seçicilərə 7 vədi təqdim olunurdu:
İşsizlərə iş!
Yoxsullara çörək!
Qarabağa azadlıq!
İş adamlarına şərait!
Qaçqınlara yurd!
Qürbətdəkilərə vətən!
Günahsız məhbuslara azadlıq!

Acınacaqlıdı, 10 il keçib, amma vədlərdə əks olunmuş problemlər yenə də aktualdı, bəziləri isə daha da kəskinləşib.
Sizcə, bu ilki seçkilərdə seçiciləri hansı vədlərlə maraqlandırmaq, seçkiyə cəlb etmək olar?

İkinci video-carx isə kompüter animasiyası idi. Bizim mütəxəssislər və kompüterçi dostlarımızın hazırladığı bu animasiyada yenə də Müsavat və zaman mövzusu ifadə edilmişdi.

Baxın. Yalnız tarixi xatırlamaq üçün yox, həm də bu il Müsavatın və başqa demokratk siyasi qüvvələrin seçki təbliğat vasitələrinin hazırlanmasında yeni ideyalar tapmaq üçün.
TV'lər üzümüzə bağlansa belə, internetin yeni kommunikasiya imkanlarından, şəbəkələrindən geniş istifadə etməliyik.

14 мая 2010 г.

İBRAHİM BAYANDURLU'nun SÖZÜ

İbrahim Bayandurlunun çıxışının videosunu axır ki, tapdıq.
İbrahim bəy 2009-cu ildə anası Elmira xanımın xatirəsinə həsr olunmuş tədbirdə danışmışdı. Çox təsirli çıxış idi.
Tale elə gətirdi ki, bu il biz İbrahimi də itirdik...
İbrahim Bayandurlunun bu çıxışı bəlkə də onun son çıxışlarından biridi.
Şərəfli insanın cəsur və ləyaqətli SÖZləri...
Özünüz baxın

7 мая 2010 г.

MÜSAVAT, KOLİZEY, SFİNKS və PİRAMİDALAR

1-2 gündür arxivimdə İbrahim Bayandurlunun çıxışının videosunu axtarırdım, tapmadım.
Ancaq, başqa maraqlı şeylər tapdım.
Məsələn, 1995-ci ildə parlament seçkilərində istfadə üçün hazırladığımız kompüter animasiyası.
Kompüterçi dostlarımızın köməyi ilə hazırlanan bu təşviqat klipi Azərbaycanda bu sahədə ilk cəhdlərdən biri, bəlkə də birincisi idi.
Deyəsən, ANS-də bir neçə dəfə göstərildi və ... arxivə köçdü. Axı o zaman - 15 il əvvəl ölkəmizdə nə internet o qədər yayılmamışdı, nə də yetərli sayda kompüter və istifadəçi var idi. Təsəvvür edirsiniz, heç facebook da yox idi :)

Bəzən dostlarımız səmimi şəkildə, bəzən də "dostlarımız" qərəzli şəkildə bizə irad tuturlar ki, yeni texnologiyalardan az istfadə edirik. Düz də deyirlər. Görürsünüz ki, biz bu iradları nəzərə alırıq və tədricən bu sahədə fəallığımızı artırırıq. Yəni, mən indi bu animasiyanı təqdim etməklə həm də yada salmaq istəyirəm ki, Müsavat yeni texnologiyalara həmişə diqqətli olub, amma, biz bu texnologiyaların yayılma səviyyəsini- ictimai rəyə təsir potensialını da nəzərə almaq zorundaydıq. Məhdud maliyyə imkanlarımızı seçicilərərə ən çox çatdırıla bilən vasitələrə yönəltməliydik.

Nə isə... 1 dəqiqəlik klipdir, baxın. Primitiv görünsə yenə də unutmayın ki, 1995-ci ildə hazırlanıb, 15 illik yubileyidir:)
Yeri gəlmişkən, kimdəsə bu klipin daha keyfiyyətli variantı varsa, mənə göndərsəniz, minnətdar olaram.


25 апреля 2010 г.

ADNA'da TERROR HADİSƏSİNİN İLDÖNÜMÜ və SAXTA "GÜL BAYRAMI"


ADNA'da TERROR HADİSƏSİNİN İLDÖNÜMÜ və SAXTA "GÜL BAYRAMI"

6-cı video-söhbətin (25 aprel 2010) mətni.

Söhbətin audio variantını burdan dinləyə bilərsiniz.

Ötən il aprelin 30 da Azərbaycan dövlət neft akademiyasinda dəhşətli terror hadisəsi baş verdi.13 nəfər həlak oldu. Aralarında gənclər, tələbələr, ziyalılar, müəllimlər, təsadüfən həmin anda Akademiyada olan şəxslər, günahsız insanlar həlak oldu. Bu dəhşətli bir hadisə idi. Bir neçə gündən sonra bu hadisənin bir ili tamam olacaq. Bu bir ildə nə edilməli idi. Nə edildi, nə edilmədi.

Hər şeydən əvvəl təbii ki, bütövlükdə ölkəmizin, eyni zamanda ali təhsil müəssələrimizin, təhsil ocaqlarının insanların kütləvi toplaşdığı digər ocaqlarda, müəssisələrdə təhlükəsizliyin təmin edilməsi önəmli idi. Təbii, biz bunu qeyd edirik ki, bu bir ildə bu hadisələr təkrarlanmadı. Bu çox yaxşı bir haldı. Ancaq bu, o demək deyil ki, təhlükə aradan qalxıb. Və buna görə də hər an diqqətli olunmalıdı. Dövlət diqqəli olmalıdı, dövlətin sturukurları diqqətli olmalıdı, insanlarımız diqqətli olmalıdı. Çünki istər müxtəlif cinayətkar rejimlər, istərsə də beynəlxalq miqyasda fəaliyyət göstərən terror təşkilatları bu alcaq cinayəti təkrar etmək niyyətinə düşə bilərlər.Və biz bunu nəzərə almalıyıq.

İkinci önəmli məqam bu hadisənin arxasında duran qüvvələrin ifşa edilməsi, cinayətkarların cəzalandırılması məsələsidi. Bu sahədə böyük uğura nail olduğumuzu söyləmək mümkün deyil. Məhkəmə yalnız bir neçə gündür ki, başlayıbdır. Və məhkəmənin ilk iclasları heç də ümüd verici deyil. Çünki cavabdeh simasında, cavab verəcək şəxslər simasında bir neçə şəxs, belə demək mümkündürsə əhəmiyyətsiz iştirakçılar cəlb olunublar.Müxtəlif tikintilərdə inşaatçı işləyən fəhlələr, bir növ təsadüfü adamlar cəlb olunub. Və onlar da iddia edirlər ki, onların ifadələri istintaq mərhələsində zorakı yolla alınıb və tələb edirlər ki, məhkəmə ifadəsi əsas götürülsün.

Burda da sözün doğrusu haqqında danışılası bir məqam var. Normal ölkələrdə qanunlarda birmənalı şəkildə yazılıb ki, məhkəmələrdə verilən ifadə pioritet xarakteri daşıyır. Yəni hər hansı bir şəxs istintaqda və məhkəmədə fərqli ifadələr verirsə məhkəmədə verilən ifadə əsas götürülməlidi. Bu haqqın,ədalətin təmin olunması məqsədi ilə belə edilir. Çünki istintaq mərhələsində müxtəlif təziqlər ola bilir. Təəsüf ki, ölkədəki vəziyyət elə buna rəvac verir. Ancaq məhkəmədə insanlar daha sərbəst şəkildə mövqelərini ifadə edə bilirlər. Və dövlət də, dövlətin məhkəməsi də ciddi faktlar əsasında, təkzib olunmaz sübutlar əsasında bu cinayətdə iştirak edən şəxslərin günahını müəyyənləşdirib cəzasını verməlidir.

Təbii ki, biz bu məhkəməni diqqətlə müşahidə etməkdə davam edəcəyik. Ancaq o da aydındır ki, orda qanun qarşısında cavab verən şəxslər həmin o dəhşətli terror hadisəsini təşkil edən insanlar deyildir. O insanları müəyyənləşdirmək lazımdı, o qüvvələri müəyyənləşdirmək lazımdır. Azərbaycanda xaos yaratmaq, terror abu havası yaratmaq, insanları qorxutmaq istəyən qüvvə hansıdır, hansı dövlətdir, hansı beynəlxalq terror təşkilatıdır. Bu müəyyənləşməlidir. Azərbaycan hakimiyyəti bu istiqamədə ciddi bir addım atmayıb, əksinə belə görünür ki, bu önəmli məqamı pərdələmək fikrindədir,gizlətmək fikrindədir.

Üçüncü önəmli məsələ həlak olanların xatirələrinin əbədiləşdirilməsidir. Bu hadisədə həlak olanların xatirəsinə sayğı göstərməkdir. Bu istiqamətdə təəsüf ki, ötən bir il ancaq mənfi nümunələr verdi. İndi ilin tamamında gənclər, tələbələr həmin gün müəyyən anım, xatirə tədbirləri həyata keçirtmək istəyirlər. Hakimiyyət isə nəinki imkan vermir, əksinə bu tədbirləri keçirtmək istəyənlərə hədə qorxu gəlməklə məşğuldur. Halbuki məncə, dövlət bu tədbirləri boynuna götürməlidir. Dövlət tədbirlər keçirtməlidir. Həlak olanların xatirəsi sayğı ilə anılmalıdır.Bu hadisəyə pirinsipial siyasi, mənəvi qiymətlər verilməlidir.

Mən inanıram ki, gənclərimiz, tələbələrimiz və cəmiyyətimiz 30 apreldə həmin dəhşətli hadisədə həlak olanların xatirəsini sayğı ilə ana biləcək, bu hadisə ictimai diqqət səviyyəsində qeyd olunacaq.

Eyni zamanda proses belə gətirdi ki, tələbələrin və müəllimlərin öldürüldüyü həmin günlə Heydər Əliyevin ad günü münasibəti ilə keçirilən “gül bayramları” deyilən tədbirlər bir birinə bağlandı. Ötən il 2009 cu ildə xoşagəlməz stiuasiya yarandı. Hakimiyyət həlak olanların xatirəsini yad etmək, onlar üçün matəm günləri elan etmək əvəzinə tələm-tələsik gül bayramına hazırlaşmağa başladı.

İndi də həmin proses baş verir. Hakimiyyət yenə də təmtəraqlı gül bayramına hazırlaşır. Xalqın cibindən oğurlanan pulların hesabına milyonlarla dolları, manatı gül alınmasına sərf eləyir.Hollandiyadan, müxtəlif ölkələrdən ən bahalı gül növləri gətirilib. Yəni heç nəyə yaramıyan bir təmtəraq təşkil etmək istəyirlər. Hakimiyyət əgər Heydər Əliyevin ad gününü qeyd eləmək istəyirsə xalqa açıq desin ki, biz Heydər Əliyevin ad gününü qeyd eləmək isəyirik. Daha bunu gül bayramı ilə pərdələməsinlər.

Gül bayramı təbii ki,gözəl tədbir ola bilər. Müxtəlif ölkələrdə gül bayramları keçirilir, gül sərgiləri keçirilir. Ancaq orda bu sərgilərdə, bu bayramlarda milyonlarla pul verib başqa ölkələrdən gül gətirtmirlər. Ölkənin özündə gülü sevən, gülü becərən, gülü yetişdirən insanllar prosesə cəlb olunur ki, siz öz yetişdirdiyiniz gülləri gətirin təqdim eləyin. Onların bir növ yarışını keçirək.Həm bir gözəllik bayramı yaşansın, həm də ki, insanllar həvəsləndirilsin. İnsanlar bu gözəlliyi daha da yaşatmağa cəlb olunsunlar.

Deyiləsi məsələlər var. Ancaq bu hadisəylə bağlı ən önəmlisi odur ki, biz bir daha Azərbaycanımızda belə hadisələrin təkrar olunmasına imkan vermiyək. Gənclərimizi, tələbələrimizi, ziyalılarımızı bu cür dəhşətli terror hadisələrindən qoruyaq. Onların, xüsusən də gənclərimizin yetişməsi üçün, vətənimizə, ölkəmizə lazımlı vətəndaşlar kimi formalaşması üçün lazım olan addımları ataq.

Müsavat partiyası olaraq biz bu istiqamətlərə diqqət yetirəcəyik.

24 апреля 2010 г.

MÜSAVATIN PİKETİ və AZAD TOPLAŞMA HÜQUQU

Bir həftədən çoxdu "AZADLIQ" radiosunun saytında ən çox dinlənən bu söhbətdi:

İşdən sonra - İsa Qəmbər və Asim Mollazadə sərbəst toplaşmaq hüququ haqqında

Görəsən niyə? :)

22 апреля 2010 г.

AZƏRBAYCAN-ABŞ MÜNSAİBƏTLƏRİ

Bloq’dakı video-söhbətin
( http://isagambar.blogspot.com/2010/04/abs-azrbaycani-itirir-yoxsa-azrbaycan.html
) yazılı variantı
(21 aprel 2010)




Bir neçə gün bundan əvvəl İlham Əliyev anti Amerika təbliğatına start verdi. Və bir çox dövlət məmurları, hakimiyyətə bağlı partiyaların, quruluşların nümayəndələri yarışa girərək Amerika əleyhinə danışmağa, məntiqsiz bəyanatlar verməyə başladılar. Təbliğatın əsas tezisi ondan ibarətdir ki, ABŞ Qarabağ məsələsində Azərbaycana təyziq göstərir, Azərbaycan hakimiyyəti isə güya qəhrəmancasına bu təyziqin qarşısında dayanıb. Bu heç bir məntiqə sığmayan bir tezisdir.


Əvvala ona görə ki, ABŞ Azərbaycan və Ermənistanı Madrid prinsipləri əsasında razılığa gəlməsini istəyir. Bu tezislər əsasında danışıqların getməsini istəyir. Yeri gəlmişkən, biz Müsavat Partiyası olaraq bildirmişik ki, bu prinsiplər Azərbaycanın maraqlarına ziddir. Çünki, nəticədə hüquqi cəhətdən Qarabağın Azərbaycandan ayrılmasına xidmət edən proyektdir. Amma məsələ burasındadır ki, İlham Əliyev, Azərbaycan hakimiyyəti Madrid prinsiplərinə razı olduqlarını dəfələrlə bildiriblər. Bu yaxınlarda bunu bəyan etdilər. Əgər Amerika bu problemin Madrid prinsipləri əsasında həllini istəyirsə, İlham Əliyev və Azərbaycan hakimiyyəti bu prinsiplərlə danışıq aparılmasını istəyirsə hansı təzyiqdən söhbət gedə bilər?

Digər tərəfdən güya bu yanaşma yalnız Amerikaya aiddir? Güya Rusiya, Fransa və başqa önəmli beynəlxaq qüvvələr, oyunçular bu mövqedən yanaşmırlar Qarabağ məsələsinə? Nəyə görə tənqid yalnız Amerikanın üzərinə yönəlib?

Üçüncü tərəfdən isə biz qətiyyən iddia etmirik ki, ABŞ-ın Qarabağ məsələsinə yanaşması ədalətli bir yanaşmadır. Biz dəfələrlə demişik ki, ABŞ və digər qüvvələr də Ermənistan Azərbaycan münaqişəsində işğalçıyla işğal edilən tərəfə fərq qoymurlar. Hər iki tərəfə eyni tövsiyələri verirlər. Dinc, danışıq yoluyla barıışıq təklif edirlər. Təbii ki, bu ədalətli yanaşma deyil. Biz istərdik ki, beynəlxalq birlik ədalətli bir yanaşma ortaya qoysun. İşğalçı dövlət olan Ermənistanla, torpaqları işğal edilən Azərbaycana fərq qoysunlar. İşğalçıya qarşı təyziq etsinlər, işğalçıdan tələb etsinlər ki, işğal etdikləri torpaqlardan çəkilsinlər. Burada başqa yanaşma ola bilməz. Ancaq məsələ burasındadır ki, ABŞ-ın bu mövqeyi bu gün ortaya çıxmayıb. Faktiki olaraq 20 ilə yaxındır ki, Amerika və digər böyük dövlətlər bu mövqeydən çıxış edirlər. Bəs niyə məhz indi İlham Əliyev və Azərbaycan hakimiyyəti anti Amerika təbliğatı aparmağa başlayıblar?

Bunun səbəbi göz qabağındadır. ABŞ Azərbaycanın ərköyün rejimindən yorulubdur və bu yorulma müxtəlif şəkillərdə təzahür edir. “Washington Post” qəzetində Dubay mülkləriylə bağlı yazı hər kəsin yadındadır. Və görünür Vaşinqtonda nüvə təhlükəsizliyi ilə bağlı çox önəmi tədbirə İlham Əliyevin dəvət edilməməsi, İlham Əliyevin çox möhkəm xətrinə dəyib. Yəni Rusiyanın, Ukraynanın, Qazaxıstanın, Ermənistanın, Gürcüstanın iştirak etdiyi önəmli bir tədbirə İlham Əliyev dəvət olunmayıb. İlham Əliyev bundan narazıdır. Məhz buna görə qəzəblidir, buna görə gedişlər edir.

Və bu cür bəyənatlar da verildi ki, Prezident aparatının nümayəndələri tərəfindən, əgər Amerika Azərbaycana bu cür münasibət göstərəcəksə, Azərbaycan da adekvat addımlar atacaq. Sual verildi ki, adekvat addımlar nədən ibarətdir? Və indi məlum oldu ki, ilk addımlardan biri kimi Azərbaycan tərəfi ABŞ tərəfiylə birgə hərbi təlimlərin keçirilməsindən imtina edib.

Bu kökündən yalnış bir qərardır. Əvvala ona görə ki, bu təlim Amerikaya lazım olduğu qədər, Azərbaycana da lazımdır. Məhz bu cür təlimlərlə Azərbaycan ordusunun səviyyəsini yüksəltmək, peşəkarlığını artırmaq, gücləndirmək, güclü bir orduya çevirmək istiqamətində çalışmaq lazım idi.

Digər tərəfdən məsələyə daha geniş yanaşsaq, bir məqama diqqət yetirmək lazımdır. Bəzi siyasətşünaslar da açıqlama verməyə başlayıblar ki, ABŞ Ukraynanı, Qırğızıstanı itirdi, indi də Azərbaycanı itirmək üzrədir. Bu kökündən yalnış bir yanaşmadır. Əvvala Amerika nə Qırğızıstanı nə də Ukraynanı itirməyibdir və gedən proseslər onu göstərəcək. Azərbaycana gəldikdə isə, biz Amerikanın Azərbaycanı itirməsindən daha çox, Azərbaycanın Amerikanı itirməsindən narahat olmalıyıq.

Sadə bir həqiqət var ki, ABŞ başda olmaqla azad dünya mövcud olmasaydı, Moskva çoxdan Sovet İttifaqını bərpa etmək üçün əməliyyatlara başlayardı. Azərbaycanın müstəqilliyinin qarantı, eyni zamanda beynəlxaq birlikdir, azad dünyadır.

Təbii ki, Azərbaycan müstəqilliyinin əsas banisi, əsas qüvvəsi, əsas qarantı Azərbaycan xalqıdır. Xalqımızın milli iradəsidir. Amma beynəlxaq, xarici faktor kimi azad dünya faktoru mütləq qeyd olunmalıdır. Mütləq bu bilinməlidir ki, azad dünya olmasa, Azərbaycanın və digər postsovet ölkələrinin müstəqilliyini qorumaq çox çətin olardı. Bu adi həqiqəti dərk etmək lazımdır.

ABŞ böyük dövlətdir və böyük dövlətin böyük də maraqları var. Təbii ki, bu maraqlar hər zaman bizim maraqlarla üst- üstə düşmür. Ancaq dövlət olmağın məsuliyyəti odur ki, öz milli maraqlarını müəyyənləşdirib, onu gerçəkləşdirməyə çalışasan. Yəni Azərbaycan tərəfi, Amerikanın Azərbaycanın maraqlarından fərqli yanaşmalarına görə yox, İlham Əliyevə fərqli yanaşmasına görə qəzəblənib.

Fərqli işləmək lazımdır. Başqa cür çalışmaq lazımdır. Azərbaycan çalışmalıdır ki, Amerikanın siyasətinə təsir göstərsin. Amerika öz siyasətində Azərbaycanın haqlı maraqlarını nəzərə alsın. Bu istiqamətdə çalışmaq lazımdır.

Görünür İlham Əliyev rejimi ilə belə bir nəticəyə nail olmaq o qədər də sadə deyil, real deyil, mümkün deyil... Çünki avtoritar, insan haqqlarını total şəkildə pozan bir rejimdir. Korrupsioner bir rejimdir. Beynəlxaq miqyasda gedən proseslərə düşünülmüş, məntiqli reaksiya verməyən rejim təbii ki, Azərbaycanın da maraqlarını ifadə edə bilməz.

Mən hesab edirəm ki, bütövlükdə Azərbaycan xalqı və Azərbaycanın aparıcı siyasi qüvvələri, Azərbaycan cəmiyyəti bu istiqamətdə düşünməlidir və məsələyə məntiqli, realist yanaşma olmalıdır. Biz ölkəmizin taleyi naminə, ölkədə vəziyyəti dəyişmək, ölkəni köklü demokratik dəyişiklər yoluna qədəm qoyması istiqamətində real, ciddi addımlar atmalıyıq. Mən hamını bu barədə düşünməyə və hamını bu istiqamətdə addımlar atmağa çağırıram.

1 апреля 2010 г.

Tarixi yaddaşı olmayan millət amneziyaya uğramış adam kimidir

Martın 31-də Şəhidlər Xiyabanınında olduq. 1918-ci ilin martlnda bolşevik-erməni qatil dəstələri tərəfindən və 1990-cı ilin yanvarında sovet-kommunist totaltar rejimi tərəfindən qətlə yetirilmiş şəhidlərimizi ziyarət etdik.
Milli Ordumuzun və Qafqaz İslam Ordusunun qəhrəmanlarınna sayğımızı bildirdik.

Tarixi yaddaşımızı bərpa etməli və qorumalıyıq. Tarixi yaddaşı olmayan millət amneziyaya uğramış adam kimidir.

Tariximizi bilməliyik.

Qələbələrimizi və uğurlarımızı.

Amma, arxayınlaşmaq üçün yox,
qələbəyə qadir və layiq olduğumuzu bilmək üçün, uğura aparan yolu xatırlamaq üçün.

Məğlubiyyətlərimizi və itkilərimizi bilməliyik.

Amma, ağlamaq üçün yox.
Mirzə Ələkbər demişkən,
"Ağladıqca kişi qeyrətsiz olur,
Necə ki, ağladı İran, oldu."

Zərbələrin bizə hardan gəldiyini və gələ biləcəyini unutmamaq üçün,
öz səhvlərimizi öyrənmək və təkrar etməmək üçün.

24 марта 2010 г.

"ƏLİYEVLƏRİN DUBAY MÜLKLƏRİ" MÜSAVATDA DƏYİRMİ MASA, digər çıxışlar


2010-cu il 17 martda Müsavat Pariyasının təşkil etdiyi Dəyirmi Masadakı digər çıxışlar:


Fuad Qəhrəmanlı,

Elşad Musayev,

Mirmahmud Mirəlioğlu; Tofiq Yaqublu,

Qabil Hüseynli,

Arzu Səmədbəyli,


Şöhrət İsmaylov,

Pənah Hüseyn.

p.s. ardı var, bizdən ayrılmayın:)

p.s. daha iki çıxış əlavə edildi. (28 mart)

23 марта 2010 г.

3 GÜN BAYRAM BƏSDİ

Millət, 3 gün bayram elədik, həvəsdi-bəsdi. Ciddi mövzulara dönək.
17 martda Müsavat qərargahında dəyirmi masa keçirdik. "Əliyevlərin Dubay mülkləri" mövzusunda. Çox maraqlı çıxışlar oldu. O çıxışları youtube'da yerləşdirdik, indi bura da qoyacam ki, maraqlananlar baxa bilsin.
Öz çıxışımdan başlayıram.

17 марта 2010 г.

M.Ə.Rəsulzadə barədə yeni kitab

Bir neçə gün əvvəl Müsavat Partiyası M.Ə.Rəsulzadənin vəfatının 55-ci ildönümü ilə bağlı tədbir keçirdi. Tədbirdə görkəmli tarixçi Aydın Balayevin M.Ə. Rəsulzadə haqqında yeni kitabı təqdim edildi. Moskvada rus dilində dərc edilmiş bu kitab haqda Arif Hacılı, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, böyük öndərin nəvəsi Rəis Rəsulzadə fikirlərini bildirdilər. Mən də bir az danışdım.
Aşağıdakı videoda kitabın müəllifi Aydın Balayevin çıxışını da görə bilərsiniz.

14 марта 2010 г.

SALAM


Yaxın günlərdə video-söhbətimiz davam edəcək.
İki problem var:
vaxtın azlığı

mövzunun çoxluğu.

Mən istəyirəm ki, şəxsi müşahidələrim və düşüncələrim haqqında, oxuduğum kitablar, izlədiyim filmlər barədə danışım, sizinlə bölüşüm.

Amma, hakimiyyət imkan vermir axı:) Biz deyirik ki, hakimiyyət bizi təəccübləndirə bilməz. Hakimiyyət isə deyir ki, yox, mən hələ sizləri çox təəccübləndirəcəyəm. Və səylərini davam etdirir, gündə 100 hoqqa çıxarır.

İndi mən hakimiyyətin Dubay görməmişliyini kənara qoyub necə kitabdan, filmdən danışım?

Odur ki, qeyri-adi bir hadisə baş verməsə növbəti söhbətimiz İlham Əliyevin Dubay mülkləri ilə bağlı olacaq.

5 марта 2010 г.

DUBAY, KORRUPSİYA VƏ İLHAM ƏLİYEV

«The Washington Post» qəzetinin 5 mart 2010-cu il nömrəsindəki məqalədə göstərilən faktlarla bağlı Müsavat Partiyasının bəyanatı

Müsavat Partiyasının
b ə y a n a t ı

ABŞ-da çıxan nüfuzlu “Vaşinqton Post” qəzetində Azərbaycandakı korrupsiya ilə bağlı geniş məqalə çap olunub. Məqalədə dövlət başçısı İlham Əliyevin adı ilə bağlı bir sıra ciddi faktlar sadalanır. O cümlədən göstərilir ki, Dubayda 11 yaşlı Heydər Əliyevin adına 44 milyon ABŞ dolları dəyərində əmlak alınıb.
Müsavat Partiyası yazıda sadalanan konkret faktlar barədə ölkə ictimaiyyətinə məlumat verilməsinin zəruriliyini nəzərə alaraq İlham Əliyevdən təcili olaraq bu barədə hərtərəfli açıqlama ilə çıxış etməsini tələb edir.

05 mart 2010-cu il

Mövzu ilə maraqlananlar üçün:
ingilis dilini bilənlər ora,
ingilis dilini bilməyənlər bura
baxsınlar.

p.s. ingilis dilini bilənlər bilməyənlərə öyrətsin:)

2 марта 2010 г.

Elmarın xaincəsinə qətlə yetirilməsinin 5-ci ili tamam olur. O günlərdə yazdığım məqaləni sizinlə bölüşmək istədim


Мы должны что-то сделать.

Иса Гамбар

7 марта 2005 г.


2 марта, накануне весны мы оказались лицом к лицу со страшной трагедией. Убит Эльмар Гусейнов- один из самых талантливых журналистов Азербайджана, отважный борец за достоинство народа, личность, имевший очень большое влияние на общественно-политическую атмосферу в стране.

Каждая его статья, каждый номер его журнала «Монитор» ожидались с нетерпением, обсуждались бурно и превращались в событие в обществе.

Он писал о проблемах Азербайджана, беспощадно анализировал политические, экономические и нравственные явления и процессы в стране, бесстрашно разоблачал криминально-коррупционный режим Алиевых и довольно жестко критиковал оппозицию. Кто-то (как правило, большинство) соглашался с ним, кто-то (обычно, меньшинство) –нет, но редко кто из политического сообщества мог оставаться равнодушным к страстной, яркой, убедительной публицистике Эльмара.

Правящая верхушка ненавидела его. Против него был испробован весь арсенал: запугивание, экономическое давление, судебные процессы, арест, попытка подкупа. Не удалось. И режим решился на террор. Это террор против свободы слова и прессы, это террор против Личности и против Народа.

Говорят, что это убийство не выгодно верхушке. Аргумент внешне справедливый и формально логичный. Но не убеждает. При нынешних реалиях этот аргумент больше похож на ложное и заранее продуманное алиби.

Я убежден, что заказ на это политическое убийство исходит из самых верхов режима. Кто является непосредственным заказчиком этого безумного преступления- N 1?, N 5? или N 10? покажет будущее. Но я верю, что рано или поздно правда станет известной, как становится невозможным скрыть убийц Гонгадзе.

Каждый человек незаменим, тем более незаменимы личности масштаба Эльмара. Но мы можем и должны продолжить эго миссию—миссию борьбы за достоинство азербайджанского народа. Свободный дух Эльмара будет торжествовать не тогда, когда преступники ответят перед законом и он будет отомщен; а тогда, когда наш народ сможет свободно и достойно существовать и решать свои проблемы.

Вечером 2 марта, когда журналисты сообщили мне об убийстве Эльмара, я не мог этому поверить, я был в шоке. Я чувствовал, что потерял очень близкого человека. Второй раз я испытал шок через несколько дней, когда увидел фотографию маленького Аслана, обнимающего и целующего фотопортрет своего отца.

Мы в ответе за Аслана. Мы в ответе за всех детей нашего народа. Мы не имеем права оставить нашим детям Азербайджан в нынешнем состоянии, с оккупированными территориями, криминальным режимом, коррупцией, беспределом, нищетой, многомиллионной эмиграцией.

Надоели лозунги и декларации.
Мы должны что-то сделать.