22 февраля 2011 г.

MUSAVAT SPEAKS OUT AGAINST AUTHORITARIAN REGIMES IN THE WORLD

Müsavat Partiyasının 100 illik yubileyinə həsr edilmiş tədbirdən digər videolar, 2011-ci il 19 fevral


MÜSAVAT-100 İL_2011, fevral 19, 2-ci hissə

İsa Qəmbərin müraciəti, 2-ci hissə.


MÜSAVAT-100 İL_2011, fevral 19, 3-cü hissə

İsa Qəmbərin müraciəti, 3-cü hissə.

İsa Qəmbərin müraciəti, 4-cü hissə.
şair Teyyub Qurban,
Müsavat gənclər təşkilatı lideri Tural Abbaslı

İsa Qəmbərin müraciəti, 5-ci hissə.
Müsavat icra aparatının rəhbəri Arif Hacılı

MÜSAVAT PARTİYASI-100 İL



Müsavat Partiyasının 100 illik yubileyinə həsr edilmiş tədbir.
Təbriz kinoteatrı, 2011-ci il 19 fevral.
İsa Qəmbərin müraciəti, 1-ci hissə

13 января 2011 г.

EYNULLA FƏTULLAYEVİN MƏKTUBU_2011, YANVAR


Müsavatın Başqanı İsa Qəmbərə


Təşəkkür Məktubu


Əziz İsa bəy!


Azad mətbuatın parçalanmış və eybəcərlənmiş cəsədi üzərində ikrah doğuran “Ruh”un utanmaz çalağan rəisinə Sizin açıq rəmzi etirazınızı mən böyük sevinc hissi ilə qarşıladım. Bu rəmzi aksiya ölmüş “Ruh”un mükafatından imtina əyalət düşüncəli primitiv avtoritarizmə ən böyük zərbələrdən oldu. İctimai missiyanı şəxsi qazanc mənbəyinə çevirmiş insanların ümidinə qalmış əyalət düşüncəli Azərbaycan avtoritarizminin deqradasiyasını ən parlaq şəkildə təcəssüm etdirən hadisə də məhz beynəlxalq aləm tərəfindən mətbuatın düşməni kimi tanınmış İlham Əliyevə jurnalistlərin dostu vəsiqəsinin təqdim edilməsi oldu. Sizin son aksiyanız isə İlham Əliyev və Mehdiyev hakimiyyətini “təsərrüfat mətbuatı”nın dəstəyindən də məhrum etdi.
Yalnız tarixi şəxsiyyətlər rəmzi addımlar atmaq qüdrətinə malikdirlər. Siz belələrindənsiniz. Saxta ittihamlarla həbsdə saxlanılan jurnalistin müdafiəsinə, eləcə də yüzlərlə repressiyaya məruz qalmış qələm sahiblərinin haqqını qoruduğunuz üçün Sizə öz dərin təşəkkürümü bildirirəm. Sizin bu aksiyanız mənə böyük Ruh verdi.
Deyirlər, tarix məhz tarixdə işıqlı və zülmətli izlərdən yaranan saplardan toxunur. Arzu edirəm ki, Siz həmişə tarixi işıqlı saplarla toxuyasınız.


İnqilabi salamlarla,
Sizin Eynulla Fətullayev